Icma.az
close
up
RU
Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?

Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə sabitlik yenidən sual altına düşüb. Bu dəfə Suriyanın cənubunda yerləşən Druz icması mərkəzi hökumətlə açıq qarşıdurma mərhələsinə keçib. Yeni prezident Əhməd əş-Şaraa hakimiyyətə gəldikdən sonra baş verən dəyişikliklər, Suriyanın yenidən inşası və artıq dünyada təqdir qazanması Suriyada marağı olan tərəfləri narahat etməyə başlayıb. Bu baxımdan, Suriyanın etnik-dini xəritəsində azsaylı, amma varlığını qorumağı bacaran bir icma kimi tanınan druzlar alətə çevrilib. Əsəd dönəmində neytrallığını qoruyan druzlar, əş-Şaraa rejimi ilə eyni münasibəti qura bilmirlər. Düzdür, tərəflər arasında atəşkəs elan edilsə də, qarşıdurmanın siyasi və sosial səbəblərini qeyd etmək zəruridir. Druzlar əsasən, muxtariyyət və müstəqil idarəetmə tələb edirlər, yeni hökumətin ölkədə vəziyyəti tam nəzarətə keçirməsini qəbul etmir və digər sosial problemləri bəhanə gətirirlər. Bu baxımdan, əş-Şaraa hökumətinə qarşı açıq hücuma keçiblər. Təbii ki, druzların tələb etdiyi ölkənin ərazi bütövlüyünə təhdid və Suriyanın yenidən parçalanması deməkdir. Suriyanın yenidən parçalanması isə sərhədyanı ərazilərdə təhlükəsizliyini artırmaq və yeni ərazilərə sahib olmaqla dolayısı ilə digər rəqiblərini zərərsizləşidirmək, həm də iqtisadi artımlar əldə etmək istəyən qüvvələrə daha çox sərf edir. Çünki druzların müstəqillik tələb etməsi də bundan xəbər verir. Ona görə də qarşıdurmanın yalnız daxili səbəblərlə izah olunması yetərli deyil. Əsas məsələ, Druz bölgəsinin regional güclər tərəfindən manipulyasiya edilməyə açıq olmasıdır.

-İsrail Suriya hakimiyyətinə qarşı druzları niyə dəstəkləyir?

Duruzlar Suriya ilə yanaşı İsraildə də ölkənin ictimai və hətta hərbi həyatının ayrılmaz hissədidir. Sayları təxminən 150 min nəfərə yaxındır. Onlar proseslərə Suriyadakı soydaşlarını qorumaq üçün qatılır və hökuməti də buna təşviq edirlər. Bir növ həmrəyliyi gücləndirirlər. Druzlar həm də İsrail dövləti tərəfindən ayrıca tanınan bir etnik-dini qrupdur. Lakin əsas sual budur: Bu həmrəylik sadəcə etnik emosiyadır, yoxsa strateji hesablama? Əslində İsrail bu prosesi nəzarətə almağa çalışmaqla, İranın təsirini Suriyanın cənubundan sıxışdırır. Çünki Druz bölgəsində İran və ya "Hizbullah"ın varlığı sıfıra bərabərdir. Bu, İsrail üçün təhlükəsiz "tampon zonası" yaradılması üçün əlverişli əsasdır. Druzular İsrailin himayəsində olduqca İranın və proksi qüvvələrinin nəzarəti olmayacaq. Halbuki druzlar da İranla demək olar ki, eyni məzhəbə xidmət edirlər. Onlar şiəliyin ismailiyyə qoluna mənsubdurlar. Düzdür, bu cərəyan nisbətən müstəqilləşib, öz dəst-xətti var, amma məzhəb olaraq şiəlikdən yaranıb. Buna baxmayaraq, İrana yox, İsrailə meyillidir. Deməli, əgər problem etno və ya dini emosiya olsaydı, druzlar Suriyadakı soydaşları ilə yanaşı, həm də İranın yanında olmalı idilər. Bu isə proseslərin daha çox regional siyasi amillərlə bağlı olduğunu göstərir. Bir sözlə, druzlar Suriya daxilində loyal və idarəedilən bölgəyə sahib çevrilməklə, gələcəkdə geosiyasi manevr üçün dayaq rolunu oynaya bilərlər.

Yaxın Şərqdə sülh və sabitlik sual altında

Yaxın Şərqdə sülh planlarının dərinləşdirilməsi üçün Suriya ilə əlaqələrin qurulması gündəmdə idi. 2020-ci ildən etibarən İsrail, BƏƏ, Bəhreyn və Mərakeş arasında qurulan İbrahim razılaşmaları Yaxın Şərqdə sabitlik planının rəmzi idi. Bu sazişin genişləndirilməsi çərçivəsində 2025-ci ildə Suriya ilə də mədəni-humanitar əlaqələrin yaradılması, daha sonra isə qeyri-rəsmi razılaşma kanallarının açılması nəzərdə tutulurdu. Lakin Druz böhranı bu planları sual altına salır. Çünki əş-Şaraa hökumətinin razılaşma üçün əsas şərtləri Suriyanın ərazi bütövlüyünün qorunması və İsrail tərəfindən hücumlara məruz qalmamaq idi. Lakin Təl-Əvivin Suriyadakı mövcudluğunu artırmaq cəhdləri Dəməşq hökumətinin də mövqeyini sərtləşdirə bilər. Əbəs deyil ki, artıq sülh mexanizmlərinin "etnik gərginliklər" səbəbilə bir neçə il ertələnə biləcəyi etiraf edilir. Bu isə regionda yenə də yeni gərginlik ocaqlarının yaranması və münaqişənin uzanması deməkdir.

Gələcək perspektivdə gözləntilər nədir?

Süveyda bölgəsində druzlar və bədəvi qəbilələr arasında yenidən başlanan münaqişənin dayandırılması üçün hökumət qüvvələri sözügedən əraziyə ezam ediliblər. İsrail isə Süveyda bölgəsinin demilitarizasiya edilməli olduğunu bildirib və Suriya hökumət qüvvələrinin İsrail sərhədində möhkəmlənməsinə icazə verməyəcəyini bəyan edib. Bu isə həm siyasi, həm də humanitar böhranın daha da artmasına gətirib çıxara bilər. Digər tərəfdən, Druz liderləri ilə razılaşma əsasında regional idarəetmənin yenidən dizaynı mümkündür. Bu model İraqın şimalındakı Kürd muxtariyyəti ilə oxşar ola bilər. Lakin bu, Suriyada "domino effekti"ni istisna etmir. Çünki ərazi bütövlüyü sual altına düşür və İsrail özünü idarəetməyə sahib olan bölgədə daha sərbəst olacaq. Digər ehtimallar isə Yaxın Şərqdə əsas qarşıdurma olan proksi müharibələrdir. Əgər İsrail druzlardan proksi qarşıdurma üçün istifadə etsə, həmçinin Suriyaya endirilən zərbələri dayandırmasa, bu, Əş-Şaraa tərəfindən birbaşa xarici təcavüz kimi qəbul ediləcək və cavab olaraq daha genişmiqyaslı qarşıdurma yarana bilər. Necə ki, eynisini İsrail İrana qarşı həyata keçirdi və oxşar səbəbi əsas gətirdi.

Suriyanın cənubu regional manevrlərin yeni episentridir

Druzlarla hökumət arasındakı gərginlik sadəcə milli problem deyil. Bu, Yaxın Şərqin yeni geosiyasi gərginlik xəritəsində yeni bir ocaqdır. Gedişat göstərir ki, sabitlik üçün planlaşdırılmış diplomatik dizayn, xüsusən də İbrahim razılaşmaları bölgədəki etnik və sosial balans nəzərə alınmadan həyata keçirilərsə, uğursuzluq riski daha yüksək olacaq. Suriyanın gələcəyi isə təkcə Əş-Şaraa və druzlar arasında deyil, regional və qlobal güclərin də mübarizəsindən asılı olacaq.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri