Icma.az
close
up
RU
Suriyada savaş bitdi, yoxsa daha böyük müharibə BAŞLAYIR? TƏHLİL

Suriyada savaş bitdi, yoxsa daha böyük müharibə BAŞLAYIR? TƏHLİL

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Daha bir ölkədə hakimiyyət dəyişikliyi yaşandı. Belə ki, Suriya prezidenti Bəşər Əsədin 24, Əsəd ailəsinin isə 53 illik hakimiyyəti dekabrın 8-də sona çatdı.
Sürətli təslimat…
Bəşər Əsədin hakimiyyətdən getməsi gözlənilən idi. Lakin onun müqavimətsiz və çox qısa zamanda hakimiyyəti təhfil verməsi bir o qədər təəccüblüdür. Cəmi 10 gün davam edən “mübarizə”də Əsəd hakimiyyəti kiçik bir qruplaşmaya təslim oldu.
Halbuki, son 13 ildə Suriyada çox güclü qarşıdurmalar olub. Hətta qlobal güclərin dəstək verdiyi İŞİD və digər hərbi qruplar üsyankar “Təhrir əş-Şam” qruplaşması qədər şanslı olmadı. Amma “Təhrir əş-Şam” qruplaşması demək olar ki, heç bir müqavimət görmədən çox qısa zamanda Dəməşqə daxil oldu və qan tökülmədən hakimiyyətə sahib çıxdı.
Təslimat necə başladı?
Son ay yarımın siyasi xronologiyasına baxsaq, maraqlı faktlarla rastlaşarıq. Belə ki, Suriya prezidenti Bəşər Əsəd oktyabrın 23-də Məhəmməd Qazi əl-Cəlalinin başçılıq etdiyi yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb. Bununla da sanki hakimiyyətin təhvili və keçid hökuməti üçün ilk addım atıldı. Bundan sonra Bəşər Əsəd əsas müttəfiqləri olan Rusiya və İran liderləri ilə intensiv danışıqlar aparmağa başladı.
Noyabrın 13-də Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb. Bundan 4 gün sonra isə Suriya prezidenti Bəşər Əsəd Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Dəməşqdə qəbul edib. Görüşlər barədə dəqiq məlumat yayılmadı. Sadəcə deyildi ki, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. Vəssalam.
Həmin ərəfədə Bəşər Əsəd ən qısa zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirdi.
Bu məsələdə rəsmi Moskva da vasitəçi olmağa çalışdı. Lakin rəsmi Ankaranın cavabı Əsəd üçün üzücü oldu. Rəsmi Ankara elan etdi ki, liderlərin görüşü ən yaxşı halda 2025-ci ilin yayında baş tuta bilər.
Bu hadisələrdən bir neçə gün sonra isə Suriyanın Qərbində “Təhrir əş-Şam” üsyana qalxdı. Çox qısa zamanda ciddi müqavimət və qanlı döyüşlər olmadan hakimiyyət “Təhrir əş-Şam”a təhvil verildi. Təhvil prosesini isə yenicə baş nazir təyin olunmuş Cəlali həyata keçirir. Son olaraq Bəşər Əsəd yük təyyarəsi ilə Moskvaya qaçdı.
Qərbin təəccübü…
Hadisələrin bu qədər sürətlə inkişaf etməsi hər kəsi hətta ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı belə təəccübləndirib. O, Suriya Prezidenti Bəşər Əsədin sürətlə devrilməsi ilə bağlı təəccübünü bildirib.
Trampın sözlərinə görə, təəccüblü olan odur ki, Əsəd indiyə qədər daha çətin günlərdən keçib, lakin hakimiyyətini qoruyub:
“Bu heyrətamizdir, çünki o, illərdir orada olub. Görünür, daha pis vəziyyətdədir və birdən üsyançılar toplaşıb ölkənin böyük hissələrini ələ keçirirlər. İnsanlar uzun müddətdir ki, ona qarşı həmlələr edirdilər. Lakin indiyə qədər bu, nəticə verməmişdi. Amma indi hər şey başqa cürdür”.
Ən təəccüblü isə Suriyada hakimiyyətə anti-Amerika mövqeli birinin gəlməsidir. Qeyd edək ki, Məhəmməd Colani 2003-cü ildən sonrakı dönəmdə İraqdakı silahlı qrupların tərkibində Amerika qoşunlarına qarşı vuruşub. 2006-cı ildəki döyüşlərin birində onun ABŞ ordusuna əsir düşdüyü, sonradan isə əsirlikdən qaçdığı barədə məlumatlar var.
ABŞ-ın əsirlikdən qaça bilən Colaninin tutulması üçün 10 milyon dollar mükafat vəd edib. Maraqlıdır ki, bu mükafat hələ də qüvvəsində qalır.
Bəşər Əsəd hakimiyyəti təhvil verib?
Bu və yuxarıda sadaladığımız faktlar göstərir ki, Bəşər Əsəd devrilməyib, bir növ hakimiyyəti təhvil verib. Bu fikri sübut edən digər bir fakt isə ondan ibarətdir ki, “Təhrir əş-Şam”ın hakimiyyəti ələ keçirməsinə həm rəsmi Moskva, həm də rəsmi Tehran çox loyal yanaşıb. İranın Xarici İşlər Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb. Rəsmi bəyanatda İranın Suriyanın bölünməzliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə edilir:
 

"Bu məqsədə nail olunması üçün hərbi münaqişəyə son qoyulması, terror fəaliyyətinin qarşısının alınması və inklüziv idarəetmə strukturunun formalaşdırılması üçün Suriya cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə dialoqa başlamaq vacibdir".


Nazirliyin bəyanatında İranın BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi də daxil olmaqla, Suriyada siyasi proseslərin icrasına yönələn bütün mexanizmlərin dəstəkləndiyi xüsusi qeyd edilir.
Qərbdən ilk həmlə
Bütün bunların müqabilində İsrail əsgərləri 1973-cü ildə müharibənin bitməsindən və 1974-cü ildə atəşkəsdən sonra Suriya ərazisinə ilk dəfə açıq şəkildə daxil olublar. Nəticədə hərbçilər Suriya ilə sərhəddəki Qolan Təpələri bufer zonasından irəliyə gediblər. İsrail qüvvələri sərhədin Suriya tərəfindəki Hermon dağını, eləcə də “bölgəyə nəzarəti sabitləşdirmək üçün vacib hesab edilən bir sıra digər əraziləri” ələ keçiriblər.
Bu da o deməkdir ki, “Təhrir əş-Şam”ın iqtidara gəlməsi Rusiya və İranın maraqlarına uyğundur. Amma Qərb bundan o qədər də məmnun deyil. Qərbin Yaxın Şərqdəki əsas tərəfdaşı olan İsrailin gözlənilmədən Suriya ərazisinə soxulması da bunun sübutudur.
Bu isə deməkdir ki, Suriyada yeni dövr başlayır.
Amma bu dövr suriyalılara heç də dinclik və sülh vəd etmir. Sadəcə münaqişə tərəflərinin adı dəyişib. Mahiyyətsə dəyişməyib. Yəni, Qərb Suriyanın maddi-mənəvi və Əsəd sülaləsinin yarım trilyon sərrvətini ələ keçirmək üçün hələ çox qan tökəcək.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri