Icma.az
close
up
RU
Suriyadan Azərbaycana gələn şəxslərlə bağlı müəmma Mübahisə yarandı

Suriyadan Azərbaycana gələn şəxslərlə bağlı müəmma Mübahisə yarandı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin ən parlaq simalarından biridir. Onun regional mənşəyi və həyat yoluna dair mübahisələr isə əsrlərdir davam edir. Tarixi mənbələrdə Nəsiminin harada doğulduğu, harada dəfn olunduğu və ailə köklərinin hansı bölgəyə aid olduğu barədə müxtəlif fikirlər səslənir.

Son günlərdə isə onun qohumlarının Suriyadan Şamaxıya gəlməsi mövzunu yenidən gündəmə gətirib. Belə ki, insanlar Azərbaycana gələn həmin şəxslərin Nəsimi ilə əlaqəsi olmadığını düşünür.

Bu iddiaların əsası varmı?

Globalinfo.az-a danışan tarixçi Faiq İsmayılov deyib ki, Nəsimi dünyaya sığmayan bir şair olub.

O, hər zaman belə müzakirələrin olduğunu vurğulayıb:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeiri Nəsiminin bütün həyatını ifadə edir. Onun mənşəyi və doğulduğu yer isə zaman-zaman mübahisə mövzusuna çevrilib. Bəziləri onu bursalı, kimlərsə Urmiya, Təbriz, Bakı, diyarbəkirli sayır. Hətta Şirazda doğulduğunu iddia edənlər var. Maraqlıdır ki, Nəsiminin əlyazmaları İstanbulda saxlanılır, heykəli Bakıda, məzarı isə Hələbdədir. O, heç bir zaman vahid bir əraziyə sığmadı. Nəsimi 600 il əvvəl dünyasını dəyişib. Adamın əsas yaşayış yeri Hələb olub və dünyada bu cür tanınıb. O, həm də Azərbaycanı dünyada tanıdıb. Hələbdə onun məzarı ehtiramla qorunub. Onu da deyim ki, məzarına yaxın küçə də Nəsiminin adını daşıyıb. Bunu 1968-ci ildə Hələbə səfər edən Rəsul Rza danışmışdı”.

Faiq İsmayılov bildirib ki, Nəsiminin nəşinin Şamaxıya və ya Bakıya gətirilməsi tarixi baxımdan sübutlarla əsaslandırılmalıdır:

“Nəsiminin nəşinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Düzdür, gətirilərsə, vətəninə qovuşmuş olar. Amma tarixi baxımdan da sübuta ehtiyac var. Şair ümumlikdə bütün müsəlman dünyasının hörmət olunan şəxsiyyətinə çevrilib. Məhz bu səbəbdən onun nəşinin Azərbaycana gətirilməsini doğru hesab etmirəm. Çünki o, artıq yüz illərdir ki, Hələbdə uyuyur”.

Tarixçi Suriyanın əvvəlki rejiminin Nəsimiyə qarşı hörmətsizlik etdiyini qeyd edib:

“Qəbir ətrafında vuruşmalar, dağıntılar, müharibələr olurdu. Bu baxımdan o dövrdə narahatlıq var idi. Amma indi Suriyada hakimiyyət dəyişib, yeni quruluş yaranır. Biz Nəsimini Hələbdə ziyarət etməliyik, orada xatirələrini araşdırmalıyıq”.

Tarixçi son olaraq əlavə edib ki, Nəsiminin övladları da, qohumları da Hələbdə yaşayıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri