Icma.az
close
up
RU
Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq

Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin son dövrlərdə mövqeyini gücləndirməsi, xüsusən də Yaxın Şərqdə nəzarəti ələ almaq istiqamətində mühüm addımlar atması və bu istiqamətdə Qərb ölkələri ilə daha yaxın əlaqələr qurub qüvvələr balansını dəyişməsi, həmçinin regionda strateji təsirini artırması Cənubi Qafqazda da bir neçə mühüm təsirə səbəb ola bilər. Çünki regiona müdaxilə edən ölkələrin təsiri zəifləyərsə, bu, Azərbaycan üçün strateji üstünlüyü təmin edəcək və xarici müdaxilələrin azalması ilə sabit bir mühitin yaranmasına imkan verəcək. Bu da Azərbaycan üçün təhlükəsizlik, iqtisadiyyat və diplomatik sahələrdə müsbət nəticələr verə bilər.

Mövzunu Oxu.Az-a şərh edən siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu üçün onun güclü olması Azərbaycanın da güclü olması deməkdir:

"İki ölkə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə imza atıb. Bu baxımdan, Suriyada Türkiyənin faktiki mövqeyini möhkəmləndirməsi ilə Rusiya və İranın məğlub olması və Əsəd rejiminin devrilməsi Türkiyənin Cənubi Qafqazda da rolunun artmasına xidmət edir. Onsuz da, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da Türkiyənin Cənubi Qafqazda mövqeləri möhkəmlənib. Əvvəl Türkiyənin bölgədə artan rolu Rusiya, İran və Qərb ölkələrini müəyyən qədər qıcıqlandırırdı, amma artıq Türkiyə bölgədə varlığını ortaya qoyandan sonra bu ölkələr onunla hesablaşmaq məcburiyyətindədir".

"Rusiya Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul edib, onu sıxışdırıb çıxara bilməz. İranın ümumiyyətlə əlindən heç nə əlindən gəlmir, ancaq Azərbaycana qarşı təxribatlarla məşğuldur. Amma bu təxribatlar Türkiyə-Azərbaycan müttəfiqliyini daha da gücləndirir. O ki qaldı Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələrinə, onların da Cənubi Qafqazda müəyyən maraqları var. Amma bu ölkələrdən hər hansı biri Azərbaycana qarşı siyasət yürüdürsə, bu, avtomatik Türkiyəyə qarşı da siyasətin yürüdülməsi anlamına gəlir və ya Türkiyəyə qarşı yürüdülən siyasət Azərbaycanın da maraqlarına toxunur. Ona görə Cənubi Qafqazda möhkəmlənmək istəyən dövlətlər istər-istəməz Türkiyənin bölgədəki maraqları ilə hesablaşmalıdırlar", - ekspert əlavə edib.

Türkiyəli analitik Engin ÖzerOxu.Az-a bildirib ki, Suriyadakı proseslər Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirib:

"Həm Suriyada baş verən proseslərdən sonra İran-Türkiyə münasibətlərinin soyuqlaşması, həm də Azərbaycanın İsraillə strateji tərəfdaşlığı Bakını İran üçün yenə də hədəfə çevirə bilər. Ona görə də Azərbaycan hava hücumundan müdafiə sistemini gücləndirməli, hərbi təhlükəsizlik tədbirlərini artırmalıdır. Lakin Türkiyənin mövqeyini gücləndirməsi Azərbaycana müsbət təsir edəcək. Bu, həm regional inkişaf, həm də Ermənistanla sülh sazişinin imzalanması üçün əhəmiyyətlidir".

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay Oxu.Az-a açıqlamasında deyib ki, türk dövlətlərinin artıq öz ayaqları üzərində dayanması fonunda Bəşər Əsədin Rusiya tərəfindən himayə edilə bilməməsi geosiyasətdəki güc balansında Türkiyəni söz sahibi edib:

"1991-ci ildə Sovet İttifaqı dağılanda türk dünyasını nəzarətdə saxlamaq üçün Cənubi Qafqaz siyasəti Ermənistan üzərindən aparıldı. İndi bu rejim əldən çıxdığı üçün bu dəfə İran üzərindən hərəkətə keçmək istəyirlər. Amma sonrakı dövrdə manipulyator ölkələrdə də sistem dəyişikliyi olacaq və biz yeni bir türk dünyasının oyanışı ilə qarşılaşacağıq. Türkiyə yumşaq güc potensialı ilə bölgədə türklərə qarşı qurulan tələləri qırmaq üçün son dərəcə uğurlu imkanlar təqdim edir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri