“Suriyanı PKKçılardan təmizləmək yeni hökumətinin vəzifəsidir”
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hakan Fidan: “PKK problemi həll olunarsa, Türkiyənin müdaxiləsinə ehtiyac qalmayacaq”
“Suriyanı PKK terror təşkilatından təmizləmək ilk növbədə Suriyanın yeni hökumətinin vəzifəsidir. Bu problem həll olunarsa, Türkiyənin müdaxiləsinə ehtiyac qalmayacaq”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Türkiyənin Suriyada mümkün hərbi əməliyyatları ilə bağlı sualı cavablandıran nazir bildirib ki, yeni administrasiya Suriyanı tam nəzarətə götürməlidir.
Fidan həmçinin qeyd edib ki, PKK terror təşkilatının Suriya qanadı olan YPG Türkiyə üçün ciddi təhlükə yaradır və işğal olunmuş ərazilərdə mövcudluğunu və üstünlüyünü qoruyub saxlamağa çalışır.
Baxış sayı:117
Bu xəbər 19 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















