Icma.az
close
up
RU
Suriyanın bərpası: Bunun üçün nələrə ehtiyac var? (ŞƏRH)

Suriyanın bərpası: Bunun üçün nələrə ehtiyac var? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Suriyanın yeni hökumətinin hazırda qarşısında duran əsas vəzifə ölkənin ərazi bütövlüyü və suverenliyini, ləyaqətli siyasi keçidi təmin etməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Suriyanın yeni prezidentinin vətəndaş müharibəsi nəticəsində dağıdılmış ölkəni ayağa qaldıra bilib-bilməyəcəyini şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, hələ Suriyada legitim siyasi hakimiyyət qurulmayıb:

"Üsyançı qüvvələr 14 illik vətəndaş mühairbəsindən sonra Bəşər Əsədi devirərək hakimiyyəti ələ keçirə bildilər. Amma bu hələ Suriyada legitim siyasi hakimiyyətin qurulması demək deyil. Bu, o zaman baş verəcək ki, ölkədə ümumxalq səsverməsi ilə bütün etnik və dini-məzhəbi qrupların qəbul etdiyi konstitusiya qəbul olunsun, prezident və parlament seçkiləri keçirilsin və yeni mülki hökumət formlaşsın. Bunun üçün isə daha əvvəl 1,5 il, sonra 4, indi isə 5 il vaxt tələb olunduğu bildirilir". 


Həmsöhbətimizin fikrincə, zamanın bu qədər uzadılması ola bilsin keçid hakimiyyətinin möhkəmləndirilməsi üçündür. Ekspert düşünür ki, Suriyanın bərpa və inşası isə çox uzun və çətin bir proses olacaq:

"2020-ci illərin əvvəllərində, hələ Bəşər Əsədin dövründə BMT Suriyanın yenidən qurulması üçün 220-240 milyard dollar lazım olacağını açıqlamışdı. İndi isə bu rəqəm həm dünyadakı inflyasiya və bahalaşma, eləcə də müharibə dğaıntılarının artması səbəbi ilə daha da böyüyüb. Amma əlbəttə mümkünsüz də deyil. Lakin Suriyanın yenidən inşa olunub, abadlaşdırılması legitim siyasi hakimiyyət, müstəqil, xalq tərəfindən seçilmiş parlament və bu parlamentin qəbul elədiyi şəffaf və azad bazar qanunlarından asılı olacaq". 

Kənan Rövşənoğlu deyir ki, Suriya demokratik və azad bazar yolunu tutarsa, rüşvət və korrupsiya olmasa ölkənin yenidən inkişaf etməsi üçün perspektivi böyükdür:

"Neft və qazı az olsa da, münbit torpaqları çoxdur, ən əsası şirin su ehtiyatları boldur və turizm, ticarət imkanları var. Bunu həyata keçirmək üçün isə korrupsiya və klançılıq olmamalıdır".

Siyasi şərhçi qeyd edir ki, ölkənin "yuxarıdan" inşası məsələsi ilkin mərhələdə xarici dəstəkdən asılıdır:

"Bu dəstəyin isə iki əsas mənbəyi var. Birincisi Avropa İttifaqı ölkələri və ABŞ, ikincisi, ərəb dövlətləri. Avropa Suriyaya yardım etmək üçün şəffaf siyasi sistemin qurulması, bütün etnik və dini qrupların hüquqlarının qorunması və sair kimi şərtlər irəli sürür. Ərəb ölkələrinin şərtələri isə əməkdaşlıq və qarşılıqlı maraqlardır. Bunları təmin etmək isə Suriyanın keçid hökumətinin üzərinə düşür. Hazırda ölkənin yenidən inşasından daha çox ayaqda qalması, hökumətin saxlanması üçün yardıma ehtiyac var. Üstəlik 5 milyona yaxın suriyalının yenidən geri qayıtması və digər məsələlər də var. Bu isə zaman alan prosesdir".

Qeyd edək ki, Suriyada hazırda əsas məsələlərdən biri vətəndaş müharibəsi nəticəsində dağıdılmış ölkənin gələcək inkişafını təmin etməkdən ibarətdir. Bunun üçün isə yeni hökumətin qarşısında olduqca vacib və həlli çətin olan müxtəlif vəzifələr durur. Türkiyə Silahlı Qüvvələri Suriyada növbəti əməliyyat keçirib. Qeyd olunub ki, "Sülh çeşməsi" əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib. Türkiyə rəsmiləri bildiriblər ki, terrorçulara qarşı mübarizə davam edəcək. 

Bu arada Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Məlumata görə, Latakiya əyalətindəki Xmeymim aviabazasından çıxan 30 raket dolu maşın karvanı Suriyanın yeni hökumətinə məxsus qoşunlar tərəfindən Tartus keçid məntəqəsində dayandırılıb. Keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra karvan Xmeymim bazasına qayıtmağa məcbur olub. Bildirilib ki, hadisə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsranın "Suriya ona sərfəli olarsa, Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarını öz ərazisində saxlayacaq" açıqlamasından sonra baş verib. 

Suriyanın keçid hökumətinin qoşunları narkotik və qeyri-qanuni silah ticarəti ilə məşğul olan qaçaqmalçıların Livanla sərhəddə yerləşən bazalarını da məhv edib. Məlumata görə, əməliyyat zamanı Əl-Qüseyr şəhəri yaxınlığındakı 7 qəsəbədə Hizbullahla əlaqəli silahlı dəstələr darmadağın edilib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri