Icma.az
close
up
RU
Suriyanin əvəzinə Ukrayna? Müxaliflər irəliləyir, Moskvanın gözləntiləri doğrulmurVİDEO

Suriyanin əvəzinə Ukrayna? Müxaliflər irəliləyir, Moskvanın gözləntiləri doğrulmurVİDEO

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

- +

Suriyada müxalif qüvvələrin hərbi uğurları və Bəşər Əsəd rejiminin real devrilməsi təhlükəsi Rusiyanı çox narahat edir. Xüsusilə də Tartus limanındakı hərbi bazanı itirmək perspektivi ilə üz-üzə qalan Moskvanın hazırda vəziyyəti düzəltmək üçün nə hərbi, nə də siyasi gücü var…

“AzPolitika” xəbər verir ki, bəzi Qərb mətbu orqanlarında və “teleqram” kanallarında Kremlin Suriya məsələsilə bağlı Ağ Evlə və Trampın ətrafı ilə əlaqə saxlayaraq, anlaşmağa çalışdığı barədə məlumatlar yayılır. Həmin məlumatlara görə, Moskva Rusiya qoşunlarının Ukraynada irəliləyişinin dondurulması və müzakirələrə başlanması müqabilində Həma və Homs istiqamətində Suriya müxalifətinin irəliləyişini dayandırmağı xahiş edib. Yəni, Rusiya Ukraynada irəliləməni dayandırır və Trampın məlum planı əsasında danışıqlara razılıq verir, ABŞ isə Suriya müxalifətinin irəliləməsinin qarşısını alır. Belə ki, Suriya müxalifətini təmsil edən Suriya Milli Ordusu əsasən Türkiyənin nəzarətində olsa da, bu qarışıq qüvvələrin bəzilərinə ABŞ-nin də təsir imkanlarının olduğu iddia edilir.

Rəsmi mənbələr bu barədə hər hansı məlumat yaymasalar da, söügedən iddiaların həqiqiliyinə işarə edən müəyyən əlamətlər sezilməkdədir. Məsələn, son olaraq Rusiya XİN-dən gələn açıqlamalar Rusiyanın Ukrayna cəbhəsində Trampla razılığa gəlməyə meylli olduğunu göstərir.

Rusiya Xarici İşlər nazirinin müavini Segey Ryabkov CNN telekanalına müsahibəsində deyib: “Rusiya Trampın təkliflərini diqqətlə öyrənməyə hazırdır, lakin eyni zamanda Moskva Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin əsas baza elementlərindən geri çəkilməyəcək”.

Bütün bunların fonunda hələlik Vaşinqtonun Moskvanın “Suriya-Ukrayna” təklifilə razılaşdığnı göstərən əlamətlər nəzərə çarpmır. İstisna deyil ki, bu, Suriya Milli Ordusuna bağlı qüvvələrə ABŞ-nin təsiri aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, müxaliflərin Dəməşq istiqamətində, eləcə də Rusiya bazasının paytaxtla əlaqəsini kəsən ərazilərə doğru hərəkəti davam edir. Suriya müxalifət qüvvələrinin Həmaya doğru irəliləyişi bərpa olunub. Bu gün səhər saatlarında əlavə olaraq hücum əmrini gözləyən xeyli müxalifət qoşunları şəhərə doğru hərəkətə keçib. Bununla bağlı videogörüntülər də yayımlanıb.

Artıq Həma ətrafında daha üç yaşayış məntəqəsi ələ keçirilib və şəhərin ətrafında mühasirə halqası yaradılıb. Bəzi müşahidəçilərin fikrincə, buradakı Əsəd qüvvələri və İran proksi birləşmələri darmadağın ediləndən sonra Əsədin və onun əsas himayədarı olan Rusiyanın vəziyyəti bir qədər də ağırlaşa, nəticədə Moskva həm də Ukrayna cəbhəsində daha “yolagəlimli” siyasət yürüdə bilər.

Hər halda, yaxın günlərdə Suriyada vəziyyət tədricən aydınlaşacaq və burada baş verənlərin Ukraynadakı duruma nə dərəcədə təsir etdiyi görünəcək.

Video linkdə: https://www.facebook.com/rizvan.guseynov/videos/50…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri