Icma.az
close
up
RU
Suriyanin əvəzinə Ukrayna? Müxaliflər irəliləyir, Moskvanın gözləntiləri doğrulmur + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Suriyanin əvəzinə Ukrayna? Müxaliflər irəliləyir, Moskvanın gözləntiləri doğrulmur + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada müxalif qüvvələrin hərbi uğurları və Bəşər Əsəd rejiminin real devrilməsi təhlükəsi Rusiyanı çox narahat edir. Xüsusilə də Tartus limanındakı hərbi bazanı itirmək perspektivi ilə üz-üzə qalan Moskvanın hazırda vəziyyəti düzəltmək üçün nə hərbi, nə də siyasi gücü var…

“AzPolitika” xəbər verir ki, bəzi Qərb mətbu orqanlarında və “teleqram” kanallarında Kremlin Suriya məsələsilə bağlı Ağ Evlə və Trampın ətrafı ilə əlaqə saxlayaraq, anlaşmağa çalışdığı barədə məlumatlar yayılır. Həmin məlumatlara görə, Moskva Rusiya qoşunlarının Ukraynada irəliləyişinin dondurulması və müzakirələrə başlanması müqabilində Həma və Homs istiqamətində Suriya müxalifətinin irəliləyişini dayandırmağı xahiş edib. Yəni, Rusiya Ukraynada irəliləməni dayandırır və Trampın məlum planı əsasında danışıqlara razılıq verir, ABŞ isə Suriya müxalifətinin irəliləməsinin qarşısını alır. Belə ki, Suriya müxalifətini təmsil edən Suriya Milli Ordusu əsasən Türkiyənin nəzarətində olsa da, bu qarışıq qüvvələrin bəzilərinə ABŞ-nin də təsir imkanlarının olduğu iddia edilir.

Rəsmi mənbələr bu barədə hər hansı məlumat yaymasalar da, söügedən iddiaların həqiqiliyinə işarə edən müəyyən əlamətlər sezilməkdədir. Məsələn, son olaraq Rusiya XİN-dən gələn açıqlamalar Rusiyanın Ukrayna cəbhəsində Trampla razılığa gəlməyə meylli olduğunu göstərir. 

Rusiya Xarici İşlər nazirinin müavini Segey Ryabkov CNN telekanalına müsahibəsində deyib: “Rusiya Trampın təkliflərini diqqətlə öyrənməyə hazırdır, lakin eyni zamanda Moskva Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin əsas baza elementlərindən geri çəkilməyəcək”.

Bütün bunların fonunda hələlik Vaşinqtonun Moskvanın “Suriya-Ukrayna” təklifilə razılaşdığnı göstərən əlamətlər nəzərə çarpmır. İstisna deyil ki, bu, Suriya Milli Ordusuna bağlı qüvvələrə ABŞ-nin təsiri aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, müxaliflərin Dəməşq istiqamətində, eləcə də Rusiya bazasının paytaxtla əlaqəsini kəsən ərazilərə doğru hərəkəti davam edir. Suriya müxalifət qüvvələrinin Həmaya doğru irəliləyişi bərpa olunub. Bu gün səhər saatlarında əlavə olaraq hücum əmrini gözləyən xeyli müxalifət qoşunları şəhərə doğru hərəkətə keçib. Bununla bağlı videogörüntülər də yayımlanıb.

Artıq Həma ətrafında daha üç yaşayış məntəqəsi ələ keçirilib və şəhərin ətrafında mühasirə halqası yaradılıb. Bəzi müşahidəçilərin fikrincə, buradakı Əsəd qüvvələri və İran proksi birləşmələri darmadağın ediləndən sonra Əsədin və onun əsas himayədarı olan Rusiyanın vəziyyəti bir qədər də ağırlaşa, nəticədə Moskva həm də Ukrayna cəbhəsində daha “yolagəlimli” siyasət yürüdə bilər.

Hər halda, yaxın günlərdə Suriyada vəziyyət tədricən aydınlaşacaq və burada baş verənlərin Ukraynadakı duruma nə dərəcədə təsir etdiyi görünəcək.

Video linkdə: https://www.facebook.com/rizvan.guseynov/videos/50...

C.Məmmədov

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri