Icma.az
close
up
RU
Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 avqust, AZƏRTAC

Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olmaqla, Türkiyə üçün həm geosiyasi, həm iqtisadi, həm də tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvanın Türkiyə ilə quru sərhədinin olması iki ölkə arasında birbaşa əlaqələrin inkişafına imkan yaradır. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında mühüm nəqliyyat və ticarət bağlantısı rolunu oynayır. Buradan keçən yollar və layihələr Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsinə şərait yaradır. Eyni zamanda, Naxçıvanın strateji mövqeyi Türkiyənin bölgədəki geosiyasi maraqları baxımından əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Vətən” Partiyasının sədr müavini, iqtisadçı ekspert Hasan Topkurulu deyib.

O bildirib ki, Naxçıvanın Türkiyə üçün əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Tarixi, mədəni və sosial bağlar da iki tərəf arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Buna görə də Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi strateji əhəmiyyətə malik bölgələrdən biridir. Qars-İğdır-Naxçıvan dəmir yolunun və İğdır-Naxçıvan qaz boru kəmərinin çəkilişi təsadüfi xarakter daşımır.

“Dəmir yolu işə düşdükdən sonra Orta Dəhliz marşrutunun əsas qollarından birinə çevriləcək. Ümumiyyətlə, Qars-Naxçıvan dəmir yolu Naxçıvanı bölgənin mühüm tranzit mərkəzlərindən birinə çevirəcək. Çünki bu, Naxçıvanı təkcə Türkiyə ilə yox, həm də Çin, Avropa dövlətləri və Körfəz ölkələri ilə birləşdirəcək. Naxçıvan üzərindən yükdaşımaların, muxtar respublikanın ixrac etdiyi məhsulların çeşidinin və həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir”, – deyə ekspert nəzərə çatdırıb.

O deyib ki, İğdır-Naxçıvan qaz boru kəməri isə Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Naxçıvanda alternativ enerji istehsalı üçün iri layihələr həyata keçirilir. Günəşli məkan olan Naxçıvanın ildə təxminən 1000 meqavat həcmində yaşıl enerji ixrac etmək potensialı var və bu potensialdan Türkiyənin sərhəd regionlarının enerjiyə olan tələbatının təmin edilməsində istifadə edilə bilər.

Ekspert bildirib ki, Azərbaycanın iqtisadi inkişafı Naxçıvanın da inkişafına təkan verir: “Türkiyə də Naxçıvan üçün Avropaya çıxışdır. İki dost və qardaş dövlətin praqmatik siyasi xətti hər iki ölkənin regionlarının inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə olunur və heç şübhə yoxdur ki, qarşılıqlı faydalı əlaqələr yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi baxımdan öz bəhrəsini verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri