Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Azı qərar, çoxu zərər...

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Suriyaya artan dəstək rəsmi Dəməşq seytnota düşə bilər ŞƏRH

Suriyaya artan dəstək rəsmi Dəməşq seytnota düşə bilər ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Suriyada maraqların mübarizəsi hələ də davam edir. Hakimiyyət dəyişikliyindən sonra Əhməd əş-Şaraaya Türkiyə başda olmaqla beynəlxalq ictimaiyyətin etimadı artır. Hətta, əvvəllər Suriyaya nəzarət etmiş İran və Rusiya belə yeni hakimiyyətlə münasibət qurmaq istəklərini gizlətməyblər. Rusiya Prezidenti Vladimir Putin müvəqqəti Prezident Əhməd Şaraa ilə telefon danışığı aparıb. Suriyadakı hakimiyyətin başçısı ondan keçmiş prezidenti Bəşşar Əsədin ölkəsinə təhvil verilməsini istəmişdi.

Mayın 13-15-də ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Əhməd əş-Şaraa ilə danışıqlar aparıb. Bu, iki ölkə liderləri arasında son 25 ildə reallaşan ilk olub. Donald Tramp Suriya administrasiyasının yeni rəhbərinə “İbrahim razılaşması” (“Avraam müqaviləsi”) çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İŞİD terror qruplaşmasının dirçəlişinin qarşısını almağa çağırıb.

Bunun ardınca ABŞ Prezidenti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd və Əhməd əş-Şaraa arasında videokonfrans görüşü də olub. Həmin görüşdə də Suriyanın gələcəyi, İŞİD və başqa terror qruplaşmalarına qarşı mübarizə başlıca mövzulardan olduğu bildirilmişdi.

Ötən həftə Əhməd Şaraa Türkiyədə səfərdə olub. Onun əvvəlcə Rəcəb Tayyib Ərdoğanla saat yarımlıq görüşü olub. Bundan sonra Suriya Prezidenti və nümayəndə heyət ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak ilə bir araya gəlib. Mətbuata qapalı keçən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT başçısı İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç, müdafiə sənayesi başçısı Haluk Görgün və Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə yanaşı bəzi rəsmilər də iştirak ediblər.

Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğanla Şaraa arasında görüşündə Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasından iqtisadiyyata və təhlükəsizliyə ölkə həyatına dair prioritet məsələləri müzakirə olunub.

ABŞ rəsmisi bu görüşü “tarixi” adlandırıb. Tomas Barrak sosial media səhifəsində Şaraaya ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının “İŞİD-in daimi məğlubiyyətinə” və "Suriya xalqına daha yaxşı gələcək şansı verəcəklərini vurğuladığını” bildirib: “Prezident Trampın hədəfi, yeni hökumətin Suriya xalqının təkcə sağ qalması üçün deyil, həm də inkişaf etməsi üçün şərait yaratmasını təmin etməkdir”.

Üçtərəfli görüşdə təmasları davam etdirmək və ABŞ, Türkiyə, Körfəz, Avropa İttifaqı kimi regional və qlobal tərəfdaşların investisiyaları da daxil olmaqla iqtisadiyyatı yenidən qurmaq üçün birlikdə işləmək öhdəliyi təsdiqlənib.

Görüşdə Suriyanın birliyinin əhəmiyyətini vurğulayan Şaraa İsrail ilə 1974-cü ildə imzalanan “Qüvvələrin Ayrılması Sazişi”nin tətbiq edilməsinin vacib olduğunu qeyd edib. Həmin sənəd Suriya ilə İsrail arasında 1974-cü ildə imzalanıb. Bu saziş Suriya və İsrail qüvvələrinin Colan təpələrindəki sərhəd boyunca bir-birindən ayrılmasını və sülh xətti yaradılmasını qarşıya məqsəd qoymuşdu. Sazişin əsas məqsədi, tərəflər arasında birbaşa toqquşmaları və bölgədəki gərginliyi azaltmaqdır.

Türkiyədəki görüşdə iki tərəf beynəlxalq tənzimləmələr çərçivəsində Suriyadakı kimyəvi silahların tamamilə məhv edilməsi mövzusunda razılaşıb.

Tərəfləri maraqlandıran başlıca məsələlərdən biri də PKK terror qruplaşmasının Suriyadakı qolları – YPG-PYD-nin yaratdığı Suriya Demokratik Qüvvələri (SDQ) ilə imzalanan əhatəli sazişin icrasının vəziyyəti olub. Bu razılaşmada nəzərdə tutulan müddəaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

SDQ-nin, Suriyadakı PKK-nın tərksilah edilməsi məsələsinin görüşdə müzakirəsi onların sazişə əməl etmədiklərindən də xəbər verir. Halbuki terrorçuların liderlərindən biri Saleh Müslüm bildirmişdi ki, silahlı qruplaşmanı o vaxtlar ölkədəki xaos zamanı yaradılıb və indi yeni hakimiyyət bütün qarışıqlığı aradan qaldırıb, bu səbəbdən silahlı dəstələrə ehtiyac qalmayacaq.

Ötən gün ABŞ-nin dövlət katibi Marko Rubio Suriyadakı hakimiyyətə vətəndaş müharibəsinin olacağı ilə bağlı xəbərdarlıq edib: “Suriyada vətəndaş müharibəsinə bəlkə də həftələr qalıb”.

Belə ehtimal etmək olar ki, SDQ silahlılarından xarici qüvvələr vətəndaş müharibəsini başlamaq üçün istifadə edəcək. Yaxud druzlar, İranyönlülər və başqaları da qarışıqlı yaratmaq üçün daxildə vəziyyəti gərginləşdirə bilər.

Bunu Qərb dövlətlərinin Suriyanı öz aralarında bölüşə bilməmələri ilə də əlaqələndirmək olar.

Marko Rubio bildirmişdi ki, Vaşinqton Suriyanı elektrik enerjisi və humanitar yardımla təmin etmək üçün 2019-cu ildə “Sezar Aktı” üzrə qəbul edilmiş sanksiyaların fəaliyyətini 180 gün müddətinə dayandırıb. O, əlavə edib ki, ayrıca olaraq ABŞ Maliyyə Nazirliyi Suriyanın bəzi şirkətləri və bankları ilə maliyyə əməliyyatlarına icazə verən lisenziya buraxıb.

Ötən həftə Avropa İttifaqı da Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək haqqında qərar qəbul edib. Aİ-ni Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bu barədə açıqlama verib: “Suriya xalqının yeni, əhatəli və sülhsevər bir ölkə inşa etməsinə kömək etmək istəyirik. Aİ-nin Suriya xalqının yanında olmağa davam edəcək”.

Avropa İttifaqı ilə Əhməd əş-Şaraa hakimiyyəti arasında danışıqlar keçirilib. Onun Avropaya ötən həftə səfəri də bunu təsdiqləyir.

ABŞ və Avropa İttifaqı Suriyada ilə iqtisadi əlaqələri qurmaq, sanksiyaları götürmək istiqamətində fəaliyyət göstərirlər.

İsrail isə fəaliyyəti və davranışı ilə Suriya üzrə məsələdə maraqlarının təmin olmadığını göstərir. Bununla belə Donlad Tramp Əhməd Şaraaya yəhudi dövləti ilə münasibətləri normallaşdırmağı tövsiyə etmişdi. Onları Ər-Riyad görüşündən sonra Suriya və İsrail gərginliyi azaltmaq üçün birbaşa olmayan danışıqlar apardığına dari məlumatlar yayılıb.

Əhməd əş-Şaraa mayın 7-də qərb ölkələri ilə əlaqələri genişləndirmək məqsədilə Fransaya ilk Avropa səfəri zamanı bildirib ki, İsraillə vəziyyəti sakitləşdirmək və nəzarəti itirməmək üçün birbaşa olmayan danışıqlar aparılır.

Yeni Suriyanın qurulması üçün kənar qüvvələr ABŞ və Avropa İttifaqı, qonşular, yaxud Türkiyə və Səudiyyə Ərəbistanının yardımı vacib məsələdir.

Onların Dəməşqlə iqtisadi, maliyyə, təhlükəsizlik, energetika sahəsində əməkdaşlığı ölkədə sabitlik və inkişafa təkan olar.

Suriyanın qarşısında duran əsas vəzifələrdən biri də İŞİD başda olmaqla terrora qarşı mübarizədir. Məlumatlara əsasən, Türkiyə Suriya ərazisində İŞİD-ə qarşı mübarizə aparmaq üçün hərbi bazalar yaratmağı planlaşdırır. Bildirilib ki, ölkədə quru qoşunları və hərbi hava qüvvələrinin birgə bazası, eləcə də hərbi dəniz qüvvələri bazasının qurulacağı nəzərdə tutulub.

ABŞ isə Suriyadan öz hərbi kontingentinin böyük bir hissəsini çıxaracağını açıqlayıb.

Son hadisələrə əsasən belə ehtimal etmək olar ki, ABŞ quruculuq işləri, terrora qarşı mübarizə sahəsində Suriyanı Türkiyə və Səudiyyə Ərəbistanına “tapşırıb”. Bu, Trampın Yaxın Şərqə səfərində də təsdiqləndi. Eləcə də İsraillə münasibətləri normallaşdırmaq Türkiyə və Körfəzdəki ərəb ölkələrinə çağırışı edilib.

Bu görüşlər, sanksiyaların müvəqqəti də olsa ləğvi, əməkdaşlıq, antiterror və s. çağırışlar bu istiqamətdə fəaliyyət Suriya üçün təxirəsalınmaz məsələlərdir. Çünki keçmiş Bəşşar Əsəd rejimindən fərqləndiklərini isbatlamaq üçün Əhməd əş-Şaraa hakimiyyətinin vaxtı da çox deyil.

Bu səbəbdən də rəsmi Dəməşq ABŞ və Avropa İttifaqı ilə yanaşı İsraillə də münasibətlərin normallaşmasına nail olması vacibdir. Düzdür, dövlət başçısı İsraillə münasibətləri normallaşdırmaq istədiklərini bildirib. Ancaq bu hələ real nəticə verməyib.

Ona görə də ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, region ölkələri və Türkiyə Suriya-İsrail münasibətlərinin qurulmasına da dəstək verməsi günü əsas mövzusudur.

Rəsmi Dəməşqin qarşısında ölkənin mövcudluğu, gələcəyi ilə bağlı çoxsaylı məsələlər durur. Yeniləşən, sabit, bütün tərəflərlə əməkdaşlığa açıq Suriya regional və qlobal baxımdan əhəmiyyətlidir. Bu bir sıra baxımdan Yaxın Şərqin inkişafına, güclənməsinə, təhlükəsizliyinə də təkan verər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see554

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see411

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see334

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see190

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see157

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see150

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see140

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see139

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see138

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see132

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see132

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see132

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see132

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see131

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see131

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see130

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see129

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see127

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri