Icma.az
close
up
RU
Sürücü onu qarət edən sərxoş sərnişinləri bağışladı

Sürücü onu qarət edən sərxoş sərnişinləri bağışladı

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sürücüyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilənlər - Dadaşzadə Sübhan, Qaçayev Xeyrulla və Abasov Səidin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənin ifadəsi  ilə davam edib.

Zərərçəkən Nazir Avadanov təqsirləndirilənləri əvvəl tanımadığını, onlarla yolda tanış olduğunu deyib:

"Mən Bakı -Kəlbəcər reysində işləyirəm. Həmin gün Kəlbəcərdən gəlirdim. Günorta idi, "Qədir-Xum"un yanından keçəndə, su almaq istədim. Sonra vaz keçdi ki, çatmağa az qalıb, yoluma davam edim. Üç nəfər əl eləyib maşını saxlatdılar ki, bizi də apar. Üçü də möhkəm içkili idilər, onsuz da o yolu gedirdim, dedim pul lazım deyil, keçin əyləşin. İki nəfər arxada, bir nəfər qabaqda oturdu. Nəvai postunu keçəndə sonradan adının Sübhan olduğunu öyrəndiyim şəxs maşını saxlamağımı istədi. Qaçayev maşında qaldı, ikisi getdilər mağazaya. 5-6 dəqiqəyə qayıdıb  bu səfər hamısı arxada oturdular. Birinin əlində bıçaq gördüm, ağlıma pis heç nə gəlmədi, düşündüm ki, yəqin banka açan bıçaqdır. Ələtə çatanda dedilər ki, saxla düşürük. Səid maşından düşdü. Dedim ardınca  hamısı düşər da.  Elə bu zaman Xeyrulla sağ tərəfdən boğazıma bıçağı dirəyib dedi ki, kişi, bıçağı soxub səni öldürərəm, bizə nə hörmət edə bilərsən. Dedim ki, ay bala, halınız da hal deyil, özünüzə problem axtarmayın, düşüb gedin". Aşa-aşa maşından  yerə düşdülər. Mən maşını tərpətdim, necə deyərlər  canımı götürüb oradan uzaqlaşdım. Əlimi atdım ki, telefonu götürüm, onu yerində görmədim. Dəftərin arasında kreditimin pulu vardı, onu da görmədim. Pulu bu gənclərin götürdüyünü anladım, amma hansı nə vaxt, necə götürübsə, xəbərim də olmayıb. Hal-hazırda  telefonum və pulum qaytarılıb. Onlardan şikayətim yoxdur. Bir işdir olub da, içkili olublar".

Növbəti proses 6 aprel saat 16:00-a təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin 29 oktyabr tarixində  sürücü Nazir Avadanov polisə müraciət edərək 3 nəfər tanımadığı şəxsin  “Mercedes-Benz Sprinter” markalı mikroavtobusda onu soyduğunu bildirib. O qeyd edib ki, həmin şəxslər nəqliyyat vasitəsində olarkən boğazına bıçaq dirəyiblər.

Onlar 150 manat pul və “Redmi” markalı telefonu götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb. Sübhan Dadaşzadə, Səid Abbasov və Xeyrulla Qaçayev şübhəli şəxs qismində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1(Quldurluq -  qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.5 (Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri