Icma.az
close
up
RU
Sürücülər nə vaxt qəza yerini tərk edə bilər? VİDEO

Sürücülər nə vaxt qəza yerini tərk edə bilər? VİDEO

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxt yollarında yaranan süni nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Lent.az-a bildirib ki, mövzunun aktuallığını son günlər qeydə alınan iki yol-nəqliyyat hadisəsi də təsdiqləyir:

"Birinci hadisədə sürücü yol şəraitini düzgün qiymətləndirmədiyindən, sürət həddini düzgün seçmədiyindən və ara məsafəsini saxlamadığından qarşıda hərəkətdə olan avtomobilə çırpılır. Maddi zərərlə nəticələnən qəza zamanı iştirakçılar nəqliyyat vasitələrini uzun müddət yolun hərəkət hissəsində saxladıqları üçün həm əsas, həm də kəsişən yollarda nəqliyyatın hərəkəti çətinləşir və süni sıxlıq yaranır. Nəticədə digər hərəkət iştirakçıları əlavə vaxt itirirlər.

Qəzadan sonra avtomobilin yoldan kənarlaşdırılmaması və diqqətsizlik qəzaya səbəb oldu".

Ömər Xıdırovun sözlərinə görə, ikinci videoda qeydə alınan qəzalar da birbaşa sürücü məsuliyyətsizliyi ilə bağlıdır: "Bu hadisədə müşahidə olunur ki, yük avtomobilinin sürücüsü baş vermiş qəzadan sonra nəqliyyat vasitəsini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmayıb. Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsünün diqqətsizliyi ikinci yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Belə qəzaların baş verməməsi təbii ki, sürücülərin özlərindən asılıdır. Müşahidələr göstərir ki, bəzi sürücülər maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobilləri yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişləri ilə bağlı problem yaşayacaqlarını düşünürlər. Halbuki qanunvericilik bu məsələyə aydınlıq gətirir və müəyyən şərtlər daxilində sürücülərə hadisə yerini tərk etməyə icazə verir".

Qanunvericilik nə deyir?

“Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi bu mövzuda sürücülərə konkret yol göstərir. Ümumi nəticə bundan ibarətdir ki, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Ancaq sürücülər onu da bilməlidirlər ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir.

Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Sürücülər bir məsələyə xüsusi fikir verməlidirlər. Onlar unutmamalıdırlar ki, istənilə qəza baş verdikdə ilk növbədə hadisə haqqında polisə məlumat verilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri