Icma.az
close
up
RU
Sürücülər tunellərdə hansı qaydaları pozurlar? Aqil Rəhimov AÇIQLADI FOTO

Sürücülər tunellərdə hansı qaydaları pozurlar? Aqil Rəhimov AÇIQLADI FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sürücülərin ən çox qəzaya düşdükləri yerlərdən biri də tunellərdir. Adətən tunelə daxil olduqları anda diqqətsizlik, sürət həddinə əməl etməmək və ya işıqlandırma şəraitinə uyğunlaşa bilməmək ciddi qəzalarla nəticələnir. Bəzən isə sürücülərin maneələri vaxtında görməməsi həm onların həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına qoyur.


Bəs sürücülər tunellərdə qəza qəzaya düşməmək üçün hansı qaydalara əməl etməlidir?


Məsələ ilə əlaqədar qəzalar əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında deyib ki, şəhərdəki tunellər bütün əlamətlərinə görə özlüyündə təhlükə daşıyır:


“Əfsus ki, sürücülərin bəziləri tunellərdə və körplərdə olan təhlükələri əvvəlcədən hiss edə bilmirlər.
Birincisi, tunellərdən başlayaq. Tunellərdə “qara divar sindromu” adında bir element var. Bu element  tunellərin girişində olur. Belə ki, sürücülər əgər fikir veriblərsə, günəşli havalarda, hətta tuneldə işıq yanırsa belə, tunelin girişində “qara divar” yananır. İçəri tamamilə görünmür və sürücülərin bəziləri sürəti qətiyyən azaltmadan o tunelə girirlər və bu zaman o tunelin içində həmin tuneli təmir edən ustalar ola bilər, oranı süpürən süpürgəçilər ola bilər və təsadüfən piyadalar da ola bilər. Belə hadisələr dəfələrlə baş verib. Ona görə sürücülər tunelə girəndə “qara-divar sindromu”nu nəzərə almalıdırlar və sürəti azaltmalıdırlar. Tunellərdə hansı zolağı tutmaq daha məsləhətdir mövzusuna gəlincə isə, əlbəttə sağ zolağı tutmaq məsləhətdir. İş orasındadır ki, bəzi sürücülər tunellərdə sürət ölçən radarların olmamağınıdan sui-istifadə edir və yüksək sürətlə sürməyə üstünlük verirlər. Əgər siz sol zolaqda hərəkət edəcəksinizsə, arxadan gələn avtomobillər sizinlə müqayisədə daha da yüksək sürətlə gələcəklər və sizə işıq yandıracaqlar, sizin onlara mane olduğunuzu bildirəcəklər.
Aqil Rəhimov qeyd edib ki, belə vəziyyətdə sürücülərin çıxış yolu kimi iki variant var:
“Ya yenə də zolağı sağa dəyişməlisiz, bu təhükəlidir, çünki siz sürətli hərəkət etmiş olursuz, ya da sürəti artırmalısınız. Ona görə əvvəlcədən tunellərdə sağ zolağı tutmaq daha məsləhətlidir. Tunellərlə bağlı daha bir vacib məsələ isə sürücülərin daim diqqətindən yayınır. Mütləq şəkildə qeyd etmək lazımdır ki, tunellərdə avtomobillə ötmə əməliyyatı həyata keçirmək qadağandır. Sürücülər tunellərdəki qaranlıq vəziyyətdən, yaxud ümumiyyətlə kameraların olmamasında istifadə edir və tuneldə olarkən manevr edirlər. Qeyd etmək istərdim ki, bu olduqca təhlükəli davranışdır və sürücülər nəzərə almalıdır ki, tunellərdə ötmə əməliyyatı həyata keçirmək, zolaq dəyişmək, yaxud hansısa manevr etmək qanunla qadağandır. Bunu sürücü həm də ona görə etməməlidir ki, belə hərəkətlər özündə qəza riski daşıyır və nəqliyyat vasitəsi idarəçiləri belə səhvlərə yol verərək canlarından ola bilərlər.
Eləcə də körpülərdə. Paytaxtda iki zolaqlı körpülər var və o körpülərdə hətta təcrübəli sürücülər sağ zolağı tutsalar daha yaxşı olar. Qayda pozmaq istəyəməyən təcrübəli sürücülər adətən sağ zolağı tuturlar. Niyə? Yenə də arxadan gələn sürücülər yoldakı sürət limiti 60, 70 kilometr-saat olduğu halda, sürət həddini aşıb 90, 100, 110 kilometr-saatla sol zolaqla hərəkətlərini davam etdirirlər və onlar qarşıdakı sürücünü çaşdırırlar. Hamısından yaxşısı körpülərdə sağ zolağı tutmaqdır, bu isə daha təhlükəsizdir”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri