Icma.az
close
up
RU
Sürücülərə şad xəbər: Dövlət onları belə sevindirəcək KONKRET

Sürücülərə şad xəbər: Dövlət onları belə sevindirəcək KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“İctimai nəqliyyata dövlət büdcəsindən vəsait ayrılması, əslində, bu il də nəzərdə tutulmuşdu. Sadəcə olaraq, proyektin vaxtı bir az uzandı. Yəqin ki, növbəti il sözügedən layihə baş tutacaq və ictimai nəqliyyata öz təsirini göstərəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O, dövlət büdcəsindən ictimai nəqliyyat üçün ayrılan vəsaitin hansı yeniliklər üçün nəzərdə tutulduğunu şərh edib. Bildirib ki, ictimai nəqliyyata dövlət dəstəyi mütləqdir:

“Həmin vəsaitin ayrılması yalnız avtobus parkının yenilənməsi üçün nəzərdə tutulmayıb. Burada bir çox məsələlər var. Məsələn sürücülərin əməkhaqqının verilməsi, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahədə dəstəklənməsi və digər məsələlər sənəddə öz əksini tapacaq. Dövlət daşıyıcılara bir növ subsidiya ayırır. Bunun ayrılması müsbət bir haldır. Çünki dünyanın heç bir yerində ictimai nəqliyyata dövlət dəstəyi olmadan ayaqda qalmaq mümkün deyil. Bəzi halları çıxmaq şərti ilə əminliklə deyə bilərik ki, bu praktiki olaraq mümkün deyil. Mütləq dövlət dəstəyinə ehtiyac var. Ya xaotik bir ortam olmalıdır, ya da dövlət dəstəyi olmalıdır ki, daşıyıcılar inkişaf edə bilsinlər. Baxırıq ki, son dövrlər ümumi vəziyyət heç də ürəkaçan deyil. Daşıyıcı şirkətlər yeni avtobuslar alıb-gətirə bilmir. Bir çox məsələlərdə əziyyət çəkirlər”.

E.Muradlı ayrılan vəsaitin əsas istiqamətindən də söz açıb:

“150 milyon manatın əsas mahiyyəti ondan ibarətdir ki, hər bir daşıyıcı şirkət avtobusu xəttə buraxır və dövlət ona avtobusun sərnişindaşıma fəaliyyətinin hər kilometrinə görə pul ödəyir. Üstəlik burada vacib bir məsələ var ki, bu da sürücülərin əməkhaqqısıdır. Ən vacib məsələ budur. Çünki son dövrlər ölkəmizə gətirilən avtobuslar kifayət qədər bahalıdır, onların texniki xidmətə ehtiyacı yüksəkdir və belə olduğu üçün həmin nəqliyyat vasitələrini hər adama etibar etmək olmaz. Son dövrlər “BakuBus” şirkəti üçün gətirilən nə qədər yeni, elektrikli avtobus var. Sürücü o avtobusu qorumasa, tez bir zamanda sıradan çıxacaq. Ona görə sürücüyə stimul vermək, peşəkar şəxslərlə işləmək lazımdır ki, onlar nəqliyyat vasitələrini sındırıb-dağıtmasın, avtobuslar tez bir zamanda sıradan çıxmasın”.

Ekspert hesab edir ki, kilometraja görə ödəniş məsələsi reallaşandan sonra sürücülər daha çox sərnişin daşımağa, sahibkarlar isə avtobusları qarajda saxlamağa yox, xəttə buraxıb işləməyə  maraq göstərəcəklər:

“Bu, müsbət bir yanaşma olacaq. Son dövrlər müşahidə edirik ki, Bakı kəndləri, ətraf ərazilərdə olan daşıyıcılar axşam saat 7-8 ərəfələrində aradan çıxır, yəni, xətti buraxıb daşıma fəaliyyətini dayandırırlar. Ona görə dövlətin bu dəstəyi onları stimullaşdıracaq ki, insanlar yolda qalmasın, daha çox sərnişin daşısınlar. Bununla da daha çox pul qazansınlar. Daşıyıcı çox pul qazansa, yeni avtobuslar da alacaq. Beləliklə, avtobus parkının yenilənməsini də müşahidə edəcəyik. Ən vacib məsələlərdən biri də avtobus parkının yenilənməsidir. Çünki hazırda Bakı şəhərində istismar olunan 2100 avtobusdan ən azı 1000-i yararsız vəziyyətdədir. Həmin məlumat rəsmi olaraq aidiyyəti qurum tərəfindən də etiraf olunub. Çox təəssüf ki, vəziyyət belədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri