Icma.az
close
up
RU
Ekspert sürücülərə ŞAD XƏBƏR verdi KONKRET

Ekspert sürücülərə ŞAD XƏBƏR verdi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz artmasına qarşılıq sığorta ödənişləri 20,2 faiz yüksəlib. Ödənişlərin yığımları əhəmiyyətli dərəcədə üstələməsi sığorta bazarında risklərin artdığını göstərməklə yanaşı, şirkətlərin maliyyə dayanıqlığı ilə bağlı da suallar yaradır.

Bəs bu artımın əsas səbəbləri nələrdir və ödənişlərin yığımlardan daha sürətlə yüksəlməsi gələcəkdə sürücülərin icbari sığorta xərclərinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, icbari sığorta yığımlarındakı artımın əsas səbəblərindən biri ölkəyə yeni avtomobillərin, o cümlədən hibrid və elektromobillərin sürətlə daxil olmasıdır.

Ekspertin sözlərinə görə, ölkədə avtomobil parkının genişlənməsi icbari sığortaya tələbi də artırır:

“Ölkəmizə istər ənənəvi, istərsə də yeni nəsil hibrid və elektromobillər olmaqla, sürətlə yeni modellər daxil olur. Bununla əlaqədar icbari sığorta növü üzrə artımı müşahidə edirik. Çünki məlum olduğu kimi, icbari sığortanı bütün sürücülər əldə etməlidirlər”.

Emil Ağabağırov sığorta ödənişlərinin daha sürətli artmasını isə yollarda hərəkət intensivliyinin yüksəlməsi ilə əlaqələndirib. O, qeyd edib ki, əvvəllər əsasən səhər və axşam saatlarında müşahidə olunan sıxlıq hazırda günün daha geniş hissəsini əhatə edir. Bu isə yol-nəqliyyat hadisələri ilə bağlı riskləri artırır.

Ekspertin fikrincə, yığımlarla müqayisədə ödənişlərin daha yüksək templə artması sığorta şirkətlərinin maliyyə balansına müəyyən təzyiq yarada bilər. Bu səbəbdən şirkətlər maliyyə dayanıqlığını qorumaq üçün könüllü sığorta məhsullarının inkişafına və yığımların artırılmasına diqqət yetirirlər.

“İki istiqaməti müqayisə etdikdə görürük ki, həm yığımlarda, həm də ödənişlərdə artım var. Lakin ödənişlərin artım tempi daha yüksəkdir. Bunun üçün sığorta şirkətləri maliyyə dayanıqlığını təmin etmək məqsədilə müəyyən addımlar atırlar. O cümlədən digər könüllü sığorta növlərinin cəlb olunması və yığımların artırılması hesabına balansı minimuma endirməyə çalışırlar”, – deyə ekspert vurğulayıb.

Emil Ağabağırov sürücülərin ödədiyi icbari sığorta haqlarının yaxın gələcəkdə artırılmasının gözlənilmədiyini də bildirib.

Onun sözlərinə görə, icbari sığorta çərçivəsində əmlaka görə 5 min manatadək təminat bir çox hallarda kifayət edir. Daha geniş təminat istəyən sürücülər isə könüllü sığorta məhsullarından yararlana bilərlər.

“Bu gün rəqəmlərə baxdıqda görürük ki, əksər hallarda 5 min manatadək təminat kifayət edir. Daha böyük təminat əldə etmək istəyən sürücülər üçün isə könüllü sığorta növləri mövcuddur. Vətəndaş təxminən 20-25 manat ödəməklə əmlaka görə əlavə təminat əldə edə bilər”, – ekspert bildirib.

Beləliklə, ödənişlərin yığımlardan daha sürətli artması sığorta bazarında risklərin yüksəldiyini göstərsə də, ekspert hesab edir ki, bu tendensiyanın hazırkı mərhələdə sürücülər üçün icbari sığorta haqlarının artırılmasına səbəb olacağı gözlənilmir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri