Icma.az
close
up
RU
Sürücülərə XƏBƏRDARLIQ: “Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər” KONKRET

Sürücülərə XƏBƏRDARLIQ: “Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Çox vaxt sürücülər öz hüquqlarını bilmir. Onlara elə gəlir ki, DYP əməkdaşının istədiyi vaxt avtomobili cərimə meydançasına yerləşdirmək hüququ var. Amma heç də hər zaman proses belə olmaya bilər. Bəs görəsən, hansı hallarda DYP əməkdaşı avtomobili cərimə meydançasına apara bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunla DYP əməkdaşı istənilən vaxt, istənilən halda sürücünün avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirə bilməz:

“Qanunla bu hallar konkret olaraq müəyyənləşdirilib. Maşın hansı halda cərimə meydançasına qymaq olar, yaxud bunun üçün hansı prosedurlar həyata keçirilməlidir, bütün bu məsələlər qanunla tənzimlənir. “Ürəyim istəyir, maşını aparıb duracağa qoyum”, deyə bir şey yoxdur. Amma təəssüf ki, bəzən buna rast gəlinir. Hətta cərimə meydançasına aparılan avtomobilə görə sürücü akt tərtib olunmasını istəyir, amma bu, bir neçə gündən sonra mümkün olur. Yaxud vətəndaş şikayət edəndən sonra akt tərtib edilir. Belə hallar olmamalıdır. Bu cür hallarla mübarizə aparmaq lazımdır. Belə məsələr vətəndaşı narazı salır. Ona görə inzibati xətalar məcəlləsində konkret göstərilib ki, avtomobil hansı hallarada cərimə meydançasına qoyula bilər. Dövlət qeydiyyat nişanlarından biri yoxdursa, standarta uyğun deyilsə, sürücü sərxoş vəziyyətdədirsə və yanında ayıq vəziyyətdə olan həmkarı yoxdursa, narkotik vasitənin təsiri altındadırsa, nəqliyyat vasitəsi qaçırılıbsa, sürücünün etibarnaməsi yaxud da sürücülük hüququ yoxdursa, sürücülük vəsiqəsinin vaxtı bitibsə, o zaman avtomobil cərimə meydançasına yerləşdirilir”.

Ekspert daha sonra bildirib ki, qanunla müəyyən edilən hallar mütləq öyrənilməlidir:

“Polis əməkdaşları da bu qanunları yaxşı bilməli və onlara əməl etməlidir. Vətəndaşı narazı salmaq olmaz. Çünki qanunda nə varsa, onu tətbiq etmək lazımdır. Kənar davranışlar, digər hallar, vətəndaşı narazı salır. Buna yol vermək olmaz. Ümumiyyətlə polisin borcudur ki, vətəndaş məmnunluğunu təmin etsin, insanları narazı salan hərəkətlərə yol verməsin”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri