Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sürücülərin iş rejimi niyə nəzarətsizdir? "Bir qəzada 7 nəfəri itirmək dəhşətdir"

Sürücülərin iş rejimi niyə nəzarətsizdir? "Bir qəzada 7 nəfəri itirmək dəhşətdir"

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin ehtimallara görə, mikroavtobusun sürücüsü Arif Bağırov sükan arxasında ürəktutmadan dünyasını dəyişib və bu, qəzanın baş verməsinə səbəb olub.

Qəza magistralın rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mikroavtobusun sərnişin daşınması üçün rəsmi icazəsi olmadığını təsdiqləyib.

Statistik göstəricilər avtobuslarla müqayisədə “Qazel” və “Sprinter” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların daha çox olduğunu göstərir.

Bəs, belə qəzaların başlıca səbəbi sürücülərin gecə-gündüz işləyərək yuxusuz qalmasıdır, yoxsa AYNA və digər qurumlar tərəfindən nəzarət mexanizminin zəif olması?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakupost.az-a açıqlamasında bildirib ki, “Qazel”, “Sprinter” və oxşar tipli mikroavtobuslar fərdi nəqliyyat vasitələri sayılır:


“Əvvəllər bu nəqliyyat vasitələri ilə sərnişindaşıma daha xaotik idi. Qanunvericilik təkmilləşəndən sonra fərqlənmə nişanı, buraxılış vərəqəsi və buraxılış kartı almaq kimi tələblər qoyuldu. Lakin bəzi bölgələrdə bu qaydalara əməl edilmir və qanunsuz fəaliyyət davam edir. Təəssüf ki, sərnişinlər də bəzən tanışlıq və ya ucuz qiymətə görə belə xidmətlərdən istifadə edirlər. Amma Baş Dövlət Yol Polisi tərəfindən yayılan açıqlamadan da gördük ki, mütləq müəyyən qaydalara əməl olunmalıdır. Bu qaydalara əsasən, sürücülərin seçimi zamanı bəzi məsələlərə diqqət yetirmək lazımdır. Ancaq bəzi insanlar bunu nəzərə almırlar. Hər kənddə, hər rayonda qanuni və ya qanunsuz nə işlə məşğul olduğu bəlli olmayan insanlar var. Tanışlıqla tapırlar, danışırlar ki, “hə, sabah bizi apar rayona”, amma maraqlanmırlar ki, o sürücü sağlamdır, yoxsa xəstə, iş və istirahət rejimi, avtomobilinin vəziyyəti necədir, texniki məsələlər qaydasındadırmı və s. Heç kim də bu, maraqlanmır. Elə hamı deyir ki, rahat olsun, bir az da ucuz olsun, məni aparsın-gətirsin. Xüsusən də biz bu problemləri yay aylarında görürük. Bu da nəticə etibarilə belə ağır faciələrə gətirib çıxarır. Bu, narahatlıq doğuran məsələdir. Ona görə vətəndaşlara tövsiyə edirik ki, bu cür hallarda diqqətli olsunlar, dövlət tərəfindən yayılan açıqlamalara biganə yanaşmasınlar. Həm özlərini, həm də digərlərini təhlükəyə atmasınlar”.

Ekspertin sözlərinə görə, sürücülər bilməlidirlər ki, sərnişindaşıma fəaliyyəti çox həssas sahədir və burada qaydalara əməl etmək vacibdir:

“Qayda pozuntusu artıq faciəyə gətirib çıxarır. Mətbuat və yol polisi tərəfindən bu məsələlərə nəzarət daha da artırılmalıdır. İndi sual ortaya çıxır ki, o boyda mikroavtobus necə çıxıb bu yola, o sürücünün istirahət və iş rejimi ilə bağlı nəzarət necə və harada aparılıb? Özü də deyirlər, sürücü xəstədir, ürəktutmasından vəfat edib. Xəstə adam sükan arxasında niyə olmalıdır? Yəni bilirsiniz, insanların özünün də məsuliyyəti olmalıdır, amma bu, bəzən arxa plana keçir və nəticə ağır olur. Bir qəzada 7 nəfəri itirmək, doğrudan da, dəhşətli və ciddi narahatlıq doğuran bir hadisədir. Belə halların təkrarlanmaması üçün mütləq nəzarət mexanizmini bir daha gözdən keçirmək lazımdır”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri