Icma.az
close
up
RU
“Sürücülərin yarıdan çoxu sərt tormozlamanı bacarmır” ŞİRKƏT RƏHBƏRİNDƏN TƏNQİD VİDEO

“Sürücülərin yarıdan çoxu sərt tormozlamanı bacarmır” ŞİRKƏT RƏHBƏRİNDƏN TƏNQİD VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.


Müzakirələr zamanı çıxış edən “Hed Academy” şirkətinin rəhbəri Ruslan İbrahimov qeyd edib ki, bəzən sürücülük vəsiqəsi olan şəxsləri əlavə təlimlərə cəlb etməyimiz birmənalı qarşılanmırdı: 
“Nəqliyyat sektoru çox sürətli inkişaf edir və maşınların elektron sistemləri, düzgün istifadə qaydaları o qədər dəyişir ki, artıq bir insanın bu dəyişiklikləri izləməsi çox çətin bir prosesə çevrilib. O səbəbdən də, bizim işimiz sırf sürücüləri təkmilləşdirmək və idarə etdikləri nəqliyyat vasitələrindən düzgün istifadə qaydalarını onlara öyrətməkdir.
Məsələn, bu günə qədər and içə bilərəm ki, hələ də ABS, yəni elektron tormozlama sistemindən xəbərsiz sürücülərimiz var. Bu ən böyük problemlərdən biridir. Bu gün təlimlərə qatılan sürücülərin bəlkə də 50%-dən çoxu sərt tormozlamanı bacarmır. Yəni, sərt tormozlama fikirləşəndə, ABS sistemini düşünəndə, adam elə bilir ki, maşının alt hissəsi qırılacaq. Niyə? Çünki ABS-in müəyyən səsi olur, pedalın titrəyişi var, sürücü dərhal ayağını pedaldan çəkir. Bu tip yanaşmalar çox yayğındır”. 
Ruslan İbrahimov bildirib ki, təlimlərdə gördüyümüz ən vacib məsələlərdən iştirakçıların özlərini sürücü kimi görməmələridir:
“Bəzən iştirakçılardan biri deyir: “Qardaş, mən müəlliməm, mən sürücü deyiləm, sən isə yalnız sürücüdən danışırsan.” Yəni, vəzifəsindən, rütbəsindən, cinsindən, yaşından asılı olmayaraq, hamı bilməlidir ki, sükan arxasına keçən hər bir şəxs artıq sürücüdür.
Başqa bir məqam isə odur ki, hər zaman qəza baş verəndə günahkar axtarırıq. Sadə bir yol-nəqliyyat hadisəsi zamanı dərhal baxırıq ki, görəsən kimdir günahkar? Kimə cərimə yazılacaq? Hansı maddə tətbiq olunacaq? Amma əsas məsələ cərimə deyil axı?! Əsas məsələ insan həyatıdır. Hər bir insan düşünməlidir ki, sabah nə etməliyəm ki, bu qəzanın qarşısını alım. Biz daim qəzaları araşdırırıq, kök səbəb analizlərini aparırıq. Qəzanın başlanğıc nöqtəsinə qədər gedib çıxırıq ki, görək bu hadisə niyə baş verdi. Məsələn, bir piyadanın vurulması hadisəsində sürücünün bu hərəkətə vadar olunmasının səbəbi nədir? Ola bilər ki, sürücü yuxuludur. Bəs niyə yuxuludur? Bəlkə yuxu problemi var?
Bu amilləri araşdırsaq, qəzalardan qorunmaq mümkündür”. 


Şirkət rəhbəri vurğulayıb ki, Azərbaycanda avtomobili ilə, özü ilə bağlı bütün detallarda problemi olmayan şəxsi yol polisi saxlayıb cərimələmir:
“Bir praktiki hadisəni də qeyd edim: təhlükəli maddə daşıyan bir nəqliyyat vasitəsi minik avtomobili ilə toqquşub. Minik maşınında olan üç nəfər dünyasını dəyişib. Yük avtomobilini idarə edən, yəni təhlükəli maddə daşıyan sürücünün isə heç bir problemi olmayıb və istintaq müddəti bitəndən sonra sərbəst buraxılıb. Bunu niyə qeyd edirəm? Əgər bir sürücünün nə nəqliyyat vasitəsində, nə də özündə hər hansı bir problem yoxdursa, burada nə Daxili İşlər Nazirliyinin, nə də Yol Patrul Xidmətinin əməkdaşları ona hansısa cəza verə bilməz. Çünki hər şey düzgün olarsa, heç bir problem yaşanmaz. Mən belə düşünürəm və inanıram ki, bir çox insanlar da bu fikirlə razılaşar.
İkinci məsələ ondan ibarətdir ki, artıq ölkədə həm insanlar, həm də nəqliyyat vasitələrinin sayı artır. Yeni nəsil nəqliyyat vasitələri sürətlə yayılır. Bunların idarə olunmasını nəzarətdə saxlamaq böyük çətinliklər yaradır.
Mən də bir statistika deyim: Türkiyədə təhlükəli maddə daşıyan 1000 ədəd nəqliyyat vasitəsi olan bir şirkət var. Üç il ərzində bu nəqliyyat vasitələri 1 milyon kilometr yol qət edib və sıfır qəza qeydə alınıb. Bunun səbəbi nədir? Bugünkü gün sadaladığımız bütün sürücü davranışlarını və problemlərini süni intellekt vasitəsilə öncədən təyin etmək, qabaqlayıcı tədbirlər görmək və vaxtında müdaxilə etmək mümkün olur”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri