Sürücülərin yolunu kəsir, siqnal verəndə isə qəza şəraiti yaradır VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün davranışları başqa bir avtomobil sürücüsü tərəfindən qeydə alınıb və bu görüntülər redaksiyamızın qaynar xəttinə göndərilib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 13-də, paytaxtın Binə qəsəbəsində baş verib.
Belə ki, 77-HD-860 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun sol zolağı ilə hərəkət edərək arxadan gələn avtomobillərin qarşısını kəsib. Görüntüləri qeydə alan sürücü, səs siqnalı vasitəsilə ondan yol istəyərkən, "Hyundai"ın sürücüsü əvvəlcə sağ zolağa keçir, daha sonra isə qəfil sola manevr edərək qəza vəziyyəti yaradır.
Videodan aydın şəkildə görünür ki, sürücü sol zolaqda hərəkət etdiyi halda sağ zolaq tamamilə boş olub. Buna baxmayaraq, o, sağ zolağa keçməyib, nəticədə digər sürücülər məcburən onu sağ tərəfdən ötməli olublar.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















