Sağa düzgün dönə bilməyən sürücülərin biri qəza şəraiti yaratdı, digəri yolu kəsdi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 26-da, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb. Belə ki, 77-RP-775 qeydiyyat nişanlı "Toyota" markalı və 77-MJ-064 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüləri
sol zolaqdan sağa manevr edərək təhlükə yaradıblar. Videodan da aydın şəkildə görünür ki, "Prius"un sürücüsü sağa dönən zaman sağ zolaqla hərəkət edən motosiklet sürücüsünə təhlükə yaradıb. Eyni zamanda onlar arxadan gələn avtomobillərin yolunu kəsərək hərəkəti çətinləşdirib.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sağa və ya sola dönən sürücü müvafiq kənar vəziyyət seçməlidir. Yəni, bu sürücülər öncədən sağ zolaqla hərəkət etməli və həmin zolaqdan sağa dönməli idilər.
Fərid


