Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqdim etməlidir.
Bizim.Media xəbər verir ki, mövcud qaydalara əsasən, bütün tələbləri yerinə yetirən şəxslər sürücülük vəsiqəsi əldə edirlər.
Bəs bu vəsiqənin müddətsiz verilməsi nə dərəcədə doğrudur və mümkündürmü?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun Baku TV-yə bildirdiyinə görə, sürücülük hüququnun müəyyənləşdirilməsində əsas meyar yaş deyil, şəxsin sağlamlıq vəziyyətidir.
O bildirib ki, 70 yaşdan yuxarı sürücülər hər iki ildən bir tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış təqdim etməlidirlər.
Ekspert Elməddin Muradlı da hesab edir ki, sürücülük hüququ yaşa görə deyil, sağlamlıq göstəricilərinə əsasən qiymətləndirilməlidir. Onun fikrincə, görmə qabiliyyəti, psixoloji və fiziki vəziyyəti sürücülük üçün uyğun olan şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 12 İyun 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















