Icma.az
close
up
RU
Sürücülük vəsiqəsi ilə bağlı yenilıik DİN onlayn yeniləmək imkanı yaradıb

Sürücülük vəsiqəsi ilə bağlı yenilıik DİN onlayn yeniləmək imkanı yaradıb

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib.

Mia.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər:

"Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.

Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi “müraciətlərim” xanasında “gözləmədə” statusu şəklində görünür".

Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status “hazırdır” olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see274

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri