Icma.az
close
up
RU
“Sürünən” sülh bu il müharibəyə çevrilə bilər ŞOK səbəb

“Sürünən” sülh bu il müharibəyə çevrilə bilər ŞOK səbəb

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İki gün öncə Azərbaycanla Ermənistan böyük sülh anlaşması yollunda növbəti mühüm addımı atdı. Bir sıra dövlətlər, həmçinin beynəlxalq və regional qurumlar bunu dərhal təqdir etdi. Ancaq əfsus ki, uzunmüddətli sülhə gətirəcək sənədin imzalanmasına hələ var. Əsas səbəb də bəlli: İrəvanın konstitusiya dəyişikliyi ilə bağlı Bakının haqlı tələbinə qarşı hələ də “nala-mıxa” vurması, qəti qərara gələ bilməməsi, söz oyunu oynamasıdır.

Şübhə yox ki, Ermənistanın “Əsas Qanun”unda Azərbaycana qarşı ərazi iddiasına dair ən kiçik istinadın qalmasına belə, Bakı heç vaxt razı olmayacaq. Beləcə, iki qonşu ölkənin siyasi-diplomatik əlaqələr qurması və səfirliklərin açılması, xalqlar arasında düşmənçilik səhifəsinin qapadılması mümkünsüz olacaq. Deməli, kapitulyant tərəf iqtisadi-ticari blokadadan çıxa bilməyəcək.

“Sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzəyan sülh sənədi mətninin razıılaşdırılması barədə danışarkən deyib.

“Sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bir bataqlıqdan çıxacaq. Oradan çıxmasaq, batacağıq”, - nazir bildirib və əlavə edib ki, məhz sülh müqaviləsinin Azərbaycanla razılaşdırılmış son mətni Ermənistana “bataqlıq”dan çıxmağa imkan verir...

İş də ondadır ki, “bataqlığa düşənin”, konkret halda Ermənistanı xilası ən əvvəl onun öz əlindədir. Kənardan kömək əli uzadan çox ola bilər, əgər ən əvvəl “batqlıqda olan” özü qurtuluşa cəhd etmirsə, üstəlik, absurdcasına kömək etmək istəyənə hansısa şərt qoyursa, o zaman bütün cəhdlər iflasa məhkumdur. Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarından biri buna şübhə yeri saxlamır.

“Biz sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğumuzu bildirdik. Azərbaycanın öz ideyaları, öz sualları var. Qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bu məsələlər sülh sazişinin mətnində öz əksini tapıb və biz bundan sonra mövqelərimizi aydınlaşdırmağa çalışacağıq”.

Sitat Paşinyana məxsusdur. Davamında o, Ermənistanın Azərbaycanla konstitusiyaya dəyişikliklə bağlı müzakirələr aparıb-aparmaması ilə bağlı sualı belə cavablandırıb: “Xeyr. Belə bir müzakirə yoxdur. Ermənistan Konstitusiya Məhkəməsinin ötənilki qərarından sonra məlum olur ki, ER Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları var. İkincisi, biz hesab edirik ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları (?! – red.) mövcuddur. Lakin indi yeni bir reallıq var. Bu, sülh sazişinin razılaşdırılmış mətnidir”.

Nikolun fikrincə, həmin mətn guya bütün bu problemləri həll edir: “Çalışacağıq ki, qarşıdakı müzakirələrdə bu məsələ ilə bağlı Azərbaycanla danışaq və onların mövqeyinin məntiqinin nədən ibarət olduğunu görək. Sülh müqaviləsinin ən azı üç maddəsi bu məsələlərə toxunur və onlar öz həllini tapıb. Əgər biz bu məsələni müzakirə etsək, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması və nə üçün sülh sazişinin mətninin bu məsələni həll etdiyinə inandığımızı da müzakirə edəcəyik”.

Azərbaycanın “mövqeyinin məntiqinin nədən ibarət olduğunu” sən demə, Nikol Paşinyana hələ də aydın deyilmiş. Az qala bütün dünya bəsit gerçəyi bilir, təkcə Ermənistan rəhbərliyi bixəbədir. Yəni yenə köhnə bayatı. Qiymətli zaman isə gedir və bu minvalla istisna deyil ki, Bakı İrəvanı məlum üsulla bir daha “başa salmalı” olacaq. Başqa sözlə, “sürünən” sülh təzədən müharibəyə çevrilə bilər...

Söz düşmüşkən, erməni tərəfinin vaxt udmaqla əsas hədəfin yeni ordu qurmaq olması haqda siyasi və ekspert dairələrində yetərincə “daşlaşmış” rəy var. Bu qənaəti möhkəmləndirən növbəti sübuta diqqət: Ermənistan son dövrdə Azərbaycanla şərti sərhəddə ağır zirehli texnikanın keçməsi üçün nəzərdə tutulmuş üç dəmir-beton “Bailey” körpüsü tikib.

Bu barədə hərbi ekspert Aqil Rüstəmzadə görüntü paylaşıb. O qeyd edib ki, Ermənistanın dinc bəyanatlarına baxmayaraq, Azərbaycanın monitorinq kanalları Ermənistan silahlı qüvvələri üçün silah alışının və hərbi infrastrukturun tikintisinin artdığını fiksə edir. “Bailey" körpüsünün tikilməsi faktını GSSR44 Teleqram kanalı da yayıb.

“Bailey” körpüsü beton-dəmir, truss körpü növüdür. İkinci Dünya müharibəsi zamanı hərbi istifadə üçün hazırlanmış və hərbi mühəndis bölmələri tərəfindən geniş istifadə edilib. Bu körpülər tankları və istənilən növ ağır texnikanı daşımaq üçün kifayət qədər möhkəmdir...

Maraqlıdır, ermənilər doğrudanmı xəyal edirlər ki, sülh nağılları ilə Azərbaycanı yuxuya verə bilərlər? Sual əlbəttə ki, ritorikdir...

Yazını bu xüsusda Prezident İlham Əliyevin iki gün öncə XII Bakı Qlobal Forumunda etdiyi çıxışdan bir sitatla bitiririk: “Əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökumətinə. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın”.

Qalır rəsmi İrəvanın bunu düzgün oxuması. Əks halda nə olacağını bilməmiş deyillər...(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Mart 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri