Icma.az
close
up
RU
SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ

SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Onlar bu sevinci düz 35 ildən sonra  yaşayıblar. Əlbəttə, Azərbaycanın ərazisinin 20 faizi işğal olunanda bu insanlar Laçının Sus kəndindən didərgin düşüblər. Ağır və çətin anları da elə həmin günlərdən başlayıb. 1992-ci ilin mayın 17-də Laçın rayonu işğal olunanda demək olar ki, orda bir sakin belə qala bilmədi. Ermənilər Laçının  bütün kəndlərini işğal altında saxladılar, evləri-eşikləri, var-dövləti  daşıyıb apardılar və qalan əşyalara da  od vurub yandırdılar. Yəni hər hansı evin bir-iki pəncərəsi, bir-iki qapısı yararsız vəziyyətə  düşdüyünə görə apara bilmirdilərsə, ona da od vurub yandırırdılar. 

Laçınlılar rayondan çıxanda bütün var-dövlətini elə orda qoydular. Gücü çatanlar isə qoyun-quzusunu, mal-qarasını götürüb üzü Füzuli istiqamətinə hərəkət etdilər. Onlar dedilər ki, bu qoyun-quzu erməniyə qalana qədər qoy ya yolda qırılıb ölsün, ya da aparaq Füzulidə, Beyləqanda, İmişlidə camaata verək. Onları evdən, doğma yurddan bax, beləcə perik saldılar. Amma onlar didərgin düşəndə bir şeyə inanırdılar, nə vaxtsa doğma yurda dönəcəklər. Amma bu hadisə neçə ildən sonra olacaq, bax, onu bilmirdilər. 

2020-ci ilin 44 günlük İkinci Qarabağ savaşında və ondan sonra Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Bax, onda Laçın da erməni  işğalından azad edilərək sahibinə qaytarıldı. Yəni ermənilər  təslim aktını  imzalayarkən söz vermişdilər ki, müəyyən olunmuş tarixdi Laçını boşaldacaqlar. Laçını boşaltdılar, ancaq yenə öz vəhşiliklərindən əl çəkmədilər. Qaldıqları evə və meşələrə od vurub yandırdılar. Bax, beləcə yenə  erməni  xisləti özünü  göstərdi. 

Qısa zaman kəsiyində Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Laçında böyük  abadlıq və quruculuq işləri görüldü. Şəhərin mərkəzində, eləcə də Zabux və Sus kəndlərində ən müasir  tələblərə cavab verən mənzillər tikilərək hazır vəziyyətə gətirildi. Cənab prezident  həmin kəndlərin yenidən istifadəyə verilməsində iştirak etdi və onların sevincinə şərik oldu. Bu tarixi anı yaşamaq  həmin kəndin sakinləri  üçün çox böyük xoşbəxtlik idi. Çünki onlar uzun zaman  kəsiyindən sonra doğma yurdlarına dönmüşdülər. Bax, onda insanlar sevinclərindən ağlayırdılar. 

Bu yaxınlarda yolumuz yeni tikilmiş və abad Sus kəndinə düşdü. İnanın, bu kənddə yüzdən çox bir-birindən gözəl  milli memarlıq  üslubunda iki, üç, dörd otaqlı mənzillər istifadəyə verilib. Hər mənzilin də öz yaraşığı, öz gözəlliyi və öz əsrarəngizliyi var. Kəndin  ortasında  gözəl və hər cür standartlara cavab verən asfalt yol çəkilib. Yolun kənarında isə işıq dirəkləri var. Təbii ki, bu kəndin ən böyük gözəlliklərindən biri, bəlkə də birincisi Həkəri çayının bir addımlığında yerləşməsidir. İsti yay günlərində bura bir cənnətə bəzəyir. Həkərinin şırıltısı adamın əsəblərinə bir sığal çəkir. Biz də həmin kənddə əslən laçınlı olan dostumuz Ariflə iki gün qonaq olduq. Kəndin girəcəyində  sağ tərəfdə elə birinci ev Əliş kişinin evidir. Onun özünə iki otaqlı, oğluna isə üç otaqlı mənzil verilib. Əliş kişi  bizə dedi ki, qonağımız olub görərsiniz ki, bu evlər nə qədər gözəl və rahatdır. Üç geniş evin hər biri  bir-birindən yaraşıqlıdır. Evin dəhlizi, mətbəxi adamın ürəyinə bir rahatlıq gətirir. Düşünürsən ki, bu mənzildə yaşamaq, bu mənzildə ömür sürmək elə özü bir xoşbəxtlikdir. Mənzilin içində kombi sistemi quraşdırılıb. Sutkanın 24 saatı isti və soyuq su var. Mənzildə  internet sistemi və günəş paneli mövcuddur. İstənilən vaxt onlardan istifadə etmək mümkündür.

Bununla yanaşı, bu mənzillərin unikallığı və möhtəşəmliyi ondan ibarətdir ki, mənzilin sayı qədər hündür zirzəmisi var və bu zirzəmidə də müharibə şəraitində çox rahat yaşamaq mümkündür. Yəni Allah etməmiş, həmin kəndə mərmi, raket atılarsa insanlar sığınıacaq  üçün bu zirzəmidən istifadə edə bilər. Zirzəminin  havalandırma sistemi və pəncərəsi də var. Heç şübhəsiz, yeni salınmış Sus kəndində insanların yaşaması və işləməsi üçün hər cür şərait yaradılıb. Belə ki bu kənddə üçmərtəbəli məktəb, uşaq bağçası və tibb məntəqəsi  fəaliyyət göstərir. 

Səhər saat 6-da  dostum Ariflə yuxudan oyanıb gəzməyə çıxırıq. Deyirik ən yaxşı gəzmək yeri Həkəri çayının sahilindən Sus  kəndinə qədər olan yerdir. Kəndin başlanğıcından məktəbə və uşaq bağçasına qədər piyada gedirik. Təmiz hava və Həkəri çayının şırıltısı adama ləzzət edir. Hamı da  kimisə görəndə bir-birinə salam verir, «sabahın xeyir» deyir. Elə  həyətlər var ki, orda bostan-tərəvəz məhsulları, meyvə ağacları əkiblər. Hətta bəzi insanlar hinduşka, qaz və toyuq saxlayır və onların da səsi ətrafa yayılır.

Yolu gedərkən həyətində meyvə ağaclarına su verən bir suslunu görürük. Bizə «sabahınız xeyir» deyir, sonra da evinə dəvət  edir. Tərəddüd edib getmək istəmirik. Arif dostum laçınlı olduğuna görə deyir ki, Faiq müəllim, onun sözünü yerə salmayın, gəl gedək onlara. 

Həyətdə çox qəşəng «besedka» var. «Besedka»nın   ətrafında güllər-çiçəklər əkilib, kənarda isə samovar qaynayır. Bir göz qırpımında evin sahibi Nadir kişi  armudu stəkanlara  pürrəngi çay süzür, sonra masanın üstünə yağ, pendir, şəkər tozu düzür. Yaxşı da bir yuxa masada gözümüzə dəyir. Təbii ki, bunlardan dadmamaq, yeməmək böyük günah olar. Biz səhər yeməyi yeyərkən Nadir kişi həyətə düşüb şaftalı ağacından  şaftalıları dərib boşqaba yığır və onu da masanın üstünə qoyur. Deyir ki, bir bunların dadına baxın, görün, necə dadlıdır? Şaftalıdan bir dişlək götürən kimi adama ləzzət edir. Sonra Nadir kişi deyir ki, bu ağacı keçən il əkmişəm, bu il bar verib. Görürsüz həyətdə badımcan, pomidor, bibər necə də göz oxşayır. Günorta   bizə gəlsəniz nahar yeməyinə yaxşı toyuq çığırtması hazırlatdıraram. 

Biz ona təşəkkür edib «Allah ruzunuzu bol etsin» deyirik və həmişə  öz yurd-yuvanızda bax, beləcə firavan  dolanasınız! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://adalet.az
archiveBu xəbər 31 İyul 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see355

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see353

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see352

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see298

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see280

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see261

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see256

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see255

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see248

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see221

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see204

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see201

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see199

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see194

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see187

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see185

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see181

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see180

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see178

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri