Icma.az
close
up
RU
Şuşa haqqında kitab Strasburqda təqdim olunub

Şuşa haqqında kitab Strasburqda təqdim olunub

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Pommierin həmmüəllifi olduqları “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi tərəfindən fransız dilinə tərcümə edilərək, nəşr olunub.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsindən bəhs edən bu kitabın Strasburqda təşkil edilən təqdimatında Azərbaycan Respublikasının Avropa Şirası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov kitabın müəlliflərinə və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin kollektivinə təşəkkür edərək, bu nəşrin fransız oxuculara Şuşa şəhərinin Azərbaycan xalqı üçün daşıdığı misilsiz dəyərin çatdırılmasına önəmli bir töhfə verəcəyinə dair inamını ifadə edib.

İşğal dövründə Şüşa şəhərinin üzləşdiyi dağıntıları xatırladan F.İsmayılov həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi atlında qəhrəman Azərbaycan ordusunun Şuşanı işğaldan azad etdikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. O, fransız dilində yeni işıq üzü görən Şuşa haqqında kitabın oxucuları Azərbaycanın bu füsunkar diyarına səfər etməyə təşviq edəcəyinə ümidini bildirib.

İlk növbədə Azərbaycan ədəbiyyatının fransız oxuculara təqdim edilməsində ixtisaslaşan “Kəpəz” nəşriyyat evinin prezidenti Valentin Da Fonseka Şuşa barədə kitabın çapı ilə əlaqədar rəhbərlik etdiyi kollektivin sevincini dilə gətirib və bu kitabın oxucular üçün Şuşa şəhərinə və ümumiyyətlə Azərbaycanın zəngin məniyyətinə açılan bir pəncərə rolu oynadığını söyləyib. O, yenicə çapdan çıxmış bu kitabın artıq Fransanın əksər kitabxanalarında və eləcə də internet vasitəsilə sifariş edilə biləcəyini açıqlayıb.

Daha sonra “Kəpəz” nəşrlərinin yaxından izləyicisi olan hüquq elmləri doktoru, vəkil Tieri Edmond öz növbəsində kitabın mahiyyəti barədə hazırladığı xülasəni təqdimat iştirakçıları ilə bölüşüb. Kitabın gözoxşayan tərtibatı və əks etdirdiyi materialların əhatəliliyini vurğulan T.Edmond əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri barədə məlumatlar və fotoşəkillərdən ibarət fəsilləri ayrıca qeyd edib. O, Şuşanı Azərbaycan tarixi və mədəniyyətinin bir rəmzi kimi təcəssüm etdirən bu kitabın beynəlxalq səviyyədə fransız dilli oxucular tərəfindən maraqla qarşılanacağına inandığını ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Noyabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri