Strasburqda antidopinq müzakirələri
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Fransanın Strasburq şəhərində Avropa Şurasında antidopinq sahəsində əməkdaşlıq və Avropa ölkələrinin Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əlaqələrinin müzakirəsinə həsr olunan iki mühüm tədbir keçirilib.
Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 72-ci və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə (T-DO) 63-cü iclasında ölkəmiz Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
AMADA-dan verilən məlumata görə, iclasda qurumun hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsinin WADA ilə razılaşdırılması və qəbul edilməsi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya Avropada yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını hazırlayan ilk ölkələrdir.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:64
Bu xəbər 09 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















