Icma.az
close
up
RU
Şuşa istiqamətində son döyüş

Şuşa istiqamətində son döyüş

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Məndən olsa, Vətən müharibəmizin qəhrəmanlarının adını “Sevdalılar” qoyardım. Döyüşçülər sevdalıydı Şuşaya, vurğunuydu silaha, təşnə idi Vətənə. Sevdalısına qovuşarcasına gedirdilər ölümə, Xəqani Cəmilli kimi.

O, 22 fevral 1995-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olmuşdu. Ailədə 3 qardaş idilər - Xəqani, Məmmədyar və Xətai. Atası Mənsur Cəmilli deyir ki, balalarımın gözü idi Xəqani. Bacarıqlı, qeyrətli uşaq idi, böyüyə sayğılı, kiçiyə mərhəmətli, çox nəzakətli və diqqətcil idi.

Gədəbəy rayonundakı “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət zamanı ön cəhbədə düşmən postu ilə üzbəüz olub təcrübə qazanmışdı. Döyüşdə və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərinə görə Müdafiə Nazirliyi tərəfindən fəxri fərmana layiq görülmüşdü. Hərbi xidmətdə olarkən çəkdirdyi şəklin altında “Orduda xidmət etmək ən şərəfli vəzifədir” sözlərini yazmışdı.

Hərbi sahəyə marağı və sevgisi böyük olduğuna görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı taqım komandirinin müavini kursunu bitirir. 2016-cı il dekabrın 16-dan Ağcabədi rayonunda yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayır və bir neçə aydan sonra Füzuli rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirir.

Müharibə başlananda Xəqani hünər üçün meydan açıldığını görərək sevinib. Döyüşlərin qızğın çağlarında imkan tapan kimi valideynləri ilə danışar, vəziyyətin əla olduğunu, tezliklə qələbə çalacaqlarını söyləyərmiş. Xəqani taqım komandirinin müavini idi, oktyabrın 1-də Füzulinin azadlığı uğrunda döyüşlər zamanı 25 nəfər əsgərlə əmr aldığı istiqamətdə döyüşür, sanki bir qartal kimi qıy vururdu.

Birdən qarşı tərəfin minamyot atəşinə məruz qalır, neçə-neçə döyüşçü ilə bərabər Xəqani də qəhrəmanlıqla şəhid olur. Xəbəri eşidən atası güclü stress keçirir və keçici olaraq danışıq qabiliyyətini itirir, elə o vəziyyətdə də Füzuliyə, düz oğlunun döyüşdüyü bölgəyə yollanır. Xəqaninin sağ qalan cəbhə yoldaşları onun qisasını necə aldıqlarını, Füzulini necə xilas etdiklərini söyləyib, ataya təskinlik verirlər. Oktyabrın 4-də şəhidin nəşi doğma kəndinə gətirilir, ailəsinin istəyi ilə cəsur döyüşçü Xəqani doğma Varvara kəndinin qəbristanlığında canından çox sevdiyi torpağa tapşırılır.

O, qısa ömrünü yaşadığı kənddə hər gün, hər saat xatırlanır. Çünki burada qəhrəman Vətən oğlunun adına küçə verilib, Füzuli rayonunda xidmət etdiyi hərbi hissədə isə adına bulaq çəkilib.

Atası deyir ki, Şuşa Xəqani həlak olan vaxt hələ azad edilməmişdi, amma onun son döyüşü Füzuli-Xocavənd-Suşa istiqamətində getdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Xəqani “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə bərabər, “Şuşanın azad olunmasına görə” medalı ilə də təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri