Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

“Şuşa Zəfəri doğum günümə təsadüf etmişdi” qəhrəman gizir döyüş xatirələrini bölüşür

“Şuşa Zəfəri doğum günümə təsadüf etmişdi” qəhrəman gizir döyüş xatirələrini bölüşür

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Füzulinin Qaraxanbəyli kəndində mühasirəyə düşmüşdük. Düşmən yüksəklikdə mövqe tutmuşdu, biz isə açıq sahədə idik. Bir neçə dəfə minaatanlardan bizim tərəfə atəş açdılar. Orada işğaldan əvvəl həmyerlilərimizin dəfn olunduğu qəbiristanlıq var idi. Yeganə çarə qəbirlər arasında gizlənərək düşmənin atdığı güllə və mərmilərdən müdafiə olunmaq idi. Biz orada təkcə müdafiə olunmadıq, həm də düşməni çaş-baş salıb, qurduqları pusqunu özlərinə qarşı istifadə etdik. Bir hissəmiz düşmənin başını qatdı, atəş hədəfini üzərinə çəkdi, digər hissəmiz isə arxadan sızma əməliyyatı həyata keçirərək düşmənin mövqe tutduğu yüksəkliyi ələ keçirdi. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi, biz isə mühasirəni itkisiz və uğurla yardıq. Bu, illərlə keçdiyimiz ağır təlimlərin məntiqi nəticəsi idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin mənsubu, gizir Samir Dünyamalıyev söyləyib.

2009-cu ildən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri kimi xidmət edən S. Dünyamalıyev Vətən müharibəsinin ilk günündən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. O, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Füzuli, Xocavəndin Hadrut qəsəbəsi və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatların fəal iştirakçısı olub.

Haqq savaşımızın unudulmaz məqamlarını bölüşən S.Dünyamalıyev söhbətinə belə davam edib: “Hadrut coğrafi baxımdan çox mürəkkəb relyefdə yerləşir. Dörd tərəfdən dağlar və meşələrlə əhatə olunub, həm də strateji əhəmiyyətli ərazidir. Biz Hadrutu düşməndən təmizləsək də, onlar dəfələrlə daha böyük qüvvə ilə irəli atılaraq qəsəbəni geri qaytarmağa çalışdılar. Lakin hər dəfə daha böyük itki verərək geri çəkilməyə məcbur oldular. Onların hücumları sadəcə cəhd olaraq qaldı”.

Şuşa istiqamətində gedən döyüşlərdə iştirakından danışan gizir bildirib ki, onun olduğu qrupa digər qrupların Şuşaya daha rahat daxil olmasını təmin etmək üçün Laçın dəhlizindən gələn yolu tutmaq tapşırığı verilmişdi: “Noyabrın 6-sı günorta saatları idi. Biz Laçın-Şuşa istiqamətində qayalıqlarla əhatə olunmuş dərə yatağında hücuma keçmək üçün son hazırlıq işlərini görürdük. Elə bir sükut hökm sürürdü ki, milçəyin vızıltısı belə eşidilirdi. Birdən sakitliyi olduğumuz yerə atılan top mərmisi pozdu. Əvvəlcə yaralandığımı hiss etmədim. Qayanın arxasına keçib mövqe tutdum, bu zaman sol ayağımın hərəkətsiz qaldığını gördüm. Elə bildim ki, ayağımı itirmişəm. Əlimlə yoxlayanda isti qan axdığını hiss etdim. Mən yaralanmışdım, həm iki qəlpə, həm də güllə yarası almışdım. Ətrafda bir neçə yaralımız və şəhidlərimiz var idi. Təxliyə mümkün deyildi. Yalnız axşam, hava qaralandan sonra bizi dumanın köməyi ilə təxliyə etdilər. Əvvəlcə Hadruta, sonra vəziyyətim ağır olduğuna görə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparıldım. Orada əməliyyat olundum...Noyabrın 8-i idi. Artıq palataya köçürülmüşdüm. Birdən xəstəxanada səs-küy qalxdı. Hər kəs sevinirdi, göz yaşları içərisində hamı bir-birini qucaqlayıb təbrik edirdi. Tibbi heyət bizə “Şuşa alındı!” deyə xəbər verdi. O an sevinc, kədər və qürur bir-birinə qarışmışdı. Bir gözümüz gülürdü, bir gözümüz isə bu yolda şəhid olan qəhrəmanlarımız üçün ağlayırdı. Otuz ildən sonra biz, nəhayət Zəfəri, minlərlə döyüşçünün qanı və canı bahasına əldə etmişdik”.

Qəhrəman gizir deyir: “Şuşa Zəfəri mənim doğum günümə təsadüf etmişdi. Ağrılar, yaralar içərisində olsam da, həyatımın ən yaddaqalan ad gününü keçirdim, bir döyüşçü kimi ən böyük hədiyyəmi aldım. Həm sevinir, həm də kədərlənirdim. Çünki mən xəstəxanada ikən silahdaşlarım hələ də güllə altında idilər. Döyüş meydanında olmamaq mənə ağır gəlirdi. Müharibə itkisiz, Zəfər isə bədəlsiz olmur. Biz döyüşə gedəndə xalqımız, torpaqlarımız, namusumuz üçün hər şeyə hazır idik. Biz alnımızdakı ləkəni öz canımız, qanımız bahasına da olsa təmizləməli idik və bunu etdik.

Savaş meydanında keçən hər saniyə, hər dəqiqə bir xatirədir. Zəfər yürüşünün iştirakçısı olmaq mənim üçün böyük qürurdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!”

Hazırda Samir Dünyamalıyev Şabran rayonunun Çölquşçu kənd tam orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edir. O, 11 illik xidmət dövründə qazandığı bilik və döyüş təcrübəsini şagirdlərinə ötürür, həmçinin onların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün qəhrəmanların şərəfli həyat və döyüş yolunu təbliğ edir.

Vətən müharibəsi qazisi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri