Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu vasitəsilə Azərbaycan bir daha nümayiş etdirdi ki,...

Şuşa Qlobal Media Forumu vasitəsilə Azərbaycan bir daha nümayiş etdirdi ki,...

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Şuşa Qlobal Media Forumu ölkəmizin informasiya məkanında artan strateji rolu və qlobal media ilə dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Forumun işğaldan azad edilmiş Xankəndi şəhərində təşkili təsadüfi deyildi. Milli iradənin, suverenliyin və torpaq bütövlüyünün simvoluna çevrilmiş Xankəndi şəhərinin evsahibliyi rəmzi mənaya və strateji əhəmiyyətə malikdir.
Media forumun keçirilməsində əsas məqsəd yalnız jurnalistləri bir araya toplamaq deyil, həm də müasir dövrün informasiya çağırışlarını, xüsusilə saxta xəbərlərin yayılması, informasiya müharibələri, media etikası və süni intellektin medianın inkişafına təsiri kimi aktual mövzuları müzakirəyə çıxarmaqdır.
Forumun 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından əvvəl qondarma rejimin “parlamenti” kimi istifadə olunan binada təşkili, Azərbaycanın tarixi Zəfərinin dünyaya nümayiş etdirilməsi baxımından xüsusi rəmzi məna daşıyır. Bu addım, həm də işğal dövründə qanunsuz rejim tərəfindən mənimsənilmiş dövlət rəmzlərinin və məkanların geri qaytarılaraq Azərbaycanın suverenliyi və tarixi ədalətinin bərpasını simvolizə edir.
Bu platforma dünya mediasının diqqət mərkəzindədir. Forum Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlərə aydınlıq gətirilir. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib.
Şuşa Qlobal Media Forumu vasitəsilə Azərbaycan bir daha nümayiş etdirdi ki, informasiya sahəsində qlobal dialoqu təşviq etmək və ədalətli informasiya siyasətinin formalaşmasına töhfə vermək əzmindədir. Bununla da, ölkəmiz qlobal informasiya siyasətində öncüllüyünü bir daha nümayiş etdirib və öz haqlı mövqeyini dünyaya çatdıra bilib.
Pərvanə Vəliyeva,
Milli Məclisin üzvü
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri