Icma.az
close
up
RU
Şuşa TV bərpa oluna bilər

Şuşa TV bərpa oluna bilər

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda bölgədə yerli televiziya kanalının yaradılması məsələsi gündəmə gələ bilər. 

Bununla bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli və Mətbuat Şurasının sədri Rəşad Məcid Modern.az-a açıqlamalarında öz fikirlərini bölüşüblər:

Professor Qulu Məhərrəmli bildirib ki, I Qarabağ müharibəsinin ilk illərində gərginliyin ən qızğın dövründə Şuşada yerləşən və "Qızıl Qaya" deyilən ərazidə fəaliyyət göstərən televiziya qülləsi vasitəsilə, şərti adı “Şuşa TV” olan bir studiya fəaliyyət göstərib. Onun sözlərinə görə, həmin televiziya mühasirədə yaşayan Şuşa sakinləri üçün mühüm informasiya mənbəyi idi. Lakin sonradan baş verən hərbi-siyasi proseslər bu fəaliyyətin davam etdirilməsinə imkan verməyib:

“Hazırda bölgədə dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti, yerli jurnalistlərin işə cəlb olunması və "Qarabağ radiosu"nun yaradılması informasiya təminatı sahəsində mühüm addım kimi dəyərləndirilə bilər”. 

Həmsöhbətimiz hesab edir ki, televiziya kanalı -  xüsusilə “Şuşa TV”nin yenidən qurulması həm təbliğat, həm də əhalinin məlumatlandırılması baxımından vacib addım olardı. O bildirib ki, ilkin mərhələdə radio və xəbər proqramlarının inteqrasiyası ilə mərhələli şəkildə televiziya kanalının yaradılması da mümkündür.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də “Şuşa TV” ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, 1980-ci illərin sonlarında fəaliyyət göstərən bu televiziya kanalı Qarabağda Azərbaycan icmasının əsas informasiya platforması və ümid yeri idi: 

"“Şuşa TV" o dövrdə etiraz nümayişlərini işıqlandırır, ziyalıların çıxışlarını yayımlayırdı. Mən həmişə arzulamışam ki, o ənənə yenidən davam etdirilsin”.

R.Məcid əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri gedir, keçmiş məcburi köçkünlər bölgəyə qayıdır. O, yaxın gələcəkdə bu bölgədə yerli televiziya kanallarının yaradılmasının zəruri olacağını vurğulayıb: 

“Güman edirəm ki, belə bir kanalın Şuşada və Xankəndidə yerləşməsi də məqsədəuyğun olar. Son illərdə gerçəkləşdiyini gördüyümüz arzular arasında bu layihənin də reallaşacağına inanıram”.
 

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri