Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Bu barədə bildirilib.
Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Şuşada ilk körpə doğuldu FOTOLAR
04 Noyabr 2024 19:12
İngiltərədə körpə gözsüz dünyaya gəlib
24 Fevral 2025 14:08

