Tramp vergiləri 245 faizə qaldıra bilər
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp nadir minerallara tətbiq edilən tariflərin yenidən nəzərdən keçirilməsini əmr edib.
Metbuat.az xəbər verir ki, Tramp, Ticarət Departamentinə qanun çərçivəsində kritik mineralların milli təhlükəsizlik araşdırmasına başlamağı əmr edən sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ABŞ-nin bu mineralların idxalından asılılığı milli təhlükəsizlik, hərbi hazırlıq, qiymət sabitliyi, iqtisadi rifah və dayanıqlılıq üçün risklər yarada bilər. Ağ evdən bəyan edilib ki, Çin ABŞ-nin gömrük tariflərinə cavab verdiyi üçün Vaşinqton Pekinə tarifləri 245 faizə qaldıra bilər.
Qeyd edək ki, hazırda ABŞ-nin Çindən idxal etdiyi bəzi məhsullara gömrük rüsumu 145 faiz, Çinin isə 85 faizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















