Şuşada evdən tələ bombası tapıldı
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verilib.
Məlumata görə, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb.
Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















