Icma.az
close
up
RU
Şuşada mühüm iclas

Şuşada mühüm iclas

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağın bərpasında ətraf mühitin rolu...

Görülən işlər müzakirə olunub

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan infrastruktur layihələri regionun sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Yol, enerji, su-kanalizasiya, bərpaolunan enerji və digər ictimai infrastrukturun bərpası və yenidən qurulması həm həyat şəraitinin yaxşılaşdırılmasına, həm də bölgənin iqtisadi potensialının artırılmasına yönəlib. Lakin bu layihələrin həyata keçirilməsi zamanı ekoloji tələblərin icra vəziyyəti xüsusi diqqət tələb edir, çünki regionun təbii resursları və biomüxtəlifliyi uzun müddət davamlılıq prinsiplərinə əsaslanmalıdır.

Ekoloji tələblər layihələrin planlaşdırılması və icrası mərhələsində müxtəlif sahələri əhatə edir: meşə və yaşıllıq sahələrinin qorunması, su və torpaq resurslarının səmərəli idarə olunması, tullantıların düzgün idarə olunması, “yaşıl enerji” layihələrinin təşviqi. Ekoloji məsələlər üzrə İşçi qrup mütəmadi olaraq layihələrin ekoloji tələblərə uyğunluğunu yoxlayır, monitorinq aparır və lazım gəldikdə əlavə tədbirlər müəyyən edir. Yeni mühafizə olunan təbiət ərazilərinin yaradılması və meşə fondu inventarlaşdırılması regionun ekoloji bərpası istiqamətində önəmli addımlardır.

Dekabrın 5-də Şuşada İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edib.

İclasda İşçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, yer təkindən istifadə sahəsində görülən işlər müzakirə olunub. Həmçinin filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti barədə iclas iştirakçılarına məlumat verilib. Eyni zamanda onlardan istifadə perspektivləri, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və bu sahədə idarəetmənin təkmilləşdirilməsi haqqında, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması istiqamətində görülən işlər haqqında suallar cavablandırılıb.

İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır

Ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupunun rəhbəri Vüqar Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır.

O, azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması istiqamətində aşağıdakı işlərin görüldüyünü bildirib: “Hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarının qiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib”.

V.Kərimov həmin ərazilərdə geoloji qiymətləndirmə işlərinin yekunlaşdığını qeyd edib: “Eyni zamanda, Zəngilan rayonu ərazisində Cahangirbəyli, Xurama qum-çınqıl yataqlarında, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib”.

Azad edilmiş ərazilərdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb

Vüqar Kərimovun sözlərinə görə, işğaldan azad edilmiş rayonların planlaşdırma sənədlərinə uyğun olaraq, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb.

O, bildirib ki, eyni zamanda, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Laçın rayonları ərazisində ümumilikdə 408 hektar meşə fondu sahələrində əkin və səpin işləri icra olunub: “Həmçinin, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması ilə bağlı işlər aparılır. Xüsusilə, Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının ümumilikdə 240 hektar meşə fondu sahələrində meşəbərpa tədbirlərinə başlanılıb, hazırda meşə əkini və səpini işləri davam etdirilir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri