Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi Sərəncam
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.
Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etmək, Sərəncamda nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















