Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Şuşadan regional mesaj: Azərbaycan ECO nun taleyinə yön verir

Şuşadan regional mesaj: Azərbaycan ECO nun taleyinə yön verir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

3-cü Qlobal Şuşa Forumu çərçivəsində Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) inkişaf perspektivlərinə dair əhəmiyyətli fikirlər səsləndirib. Prezident çıxışında Azərbaycanın ECO-ya sədrliyi çərçivəsində bu təşkilata yeni dinamika qazandırmaq məqsədilə atdığı addımlardan bəhs edərək bildirdi ki, təşkilatın böyük potensialı mövcuddur və bu potensialın reallaşması üçün konkret təşəbbüslər irəli sürülüb. ECO-nun çox böyük potensialı olduğunu vurğulayan Cənab Prezident qeyd edib ki, Xankəndidə Zirvə görüşündə bu təsisata yeni bir ölçü gətirmək barədə söhbət aparılıb: “Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirilib. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq”.

Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşan bu proses ECO-nun institusional və funksional gücünü artırmağa xidmət etməklə yanaşı, həm də təşkilat daxilində çoxtərəfli əməkdaşlıq modelinin tətbiqinə mühüm töhfə verdi. Prezident İlham Əliyevin fikirlərindən aydın şəkildə görünür ki, Azərbaycanın məqsədi ECO-nu daha çevik, səmərəli və real əməkdaşlığa əsaslanan bir platformaya çevirməkdir. Qoşulmama Hərəkatında uğurlu və dinamik sədrliyi ilə beynəlxalq təşkilatçılıq sahəsində özünü artıq təsdiqləmiş Azərbaycan, həmin təcrübəni ECO müstəvisinə də tətbiq edərək təşkilatın fəaliyyətinə yeni nəfəs gətirməyə çalışır. Bu yanaşma həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan nüfuzunun və liderliyinin bariz nümunəsidir.


İqtisadçı-ekspert Eyyub Kərimli Sherg.az açıqlamasında bildirib ki, Xankəndində keçirilən 3-cü Qlobal Şuşa Media Forumunda çıxış edən Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının daha funksional və səmərəli regional quruma çevrilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, təşkilatın üzv dövlətləri böyük iqtisadi və geosiyasi potensiala malikdir, lakin bu imkanlar tam reallaşmır:


 “Prezident qeyd edib ki, bəzi ölkələr ikitərəfli əməkdaşlıqda fəal olsa da, ümumi – çoxtərəfli platformada passivdir. Diplomatik üslubda səsləndirilmiş bu fikir əsasən ECO-nun bəzi üzvlərinin təşkilatın təşəbbüslərinə zəif inteqrasiya olunmasına işarədir. Burada xüsusilə Əfqanıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan kimi ölkələrin nəzərdə tutulduğu ehtimal edilir”.


Azərbaycanın təklif etdiyi yol xəritəsinə diqqət çəkən ekspert bildirib ki, Prezident Əliyev sadəcə mövcud vəziyyəti təsvir etməklə kifayətlənmir, həm də ECO-nun gücləndirilməsi üçün konkret istiqamətlər təqdim edir:

  “Çoxtərəfli yanaşmanın genişləndirilməsi təkcə ikitərəfli deyil, region ölkələrinin ortaq maraqlarına əsaslanan layihələrə fokuslanmaq mahiyyəti daşıyır.  Azərbaycanın fəal sədrliyini ön plana çəkərək Bakı öz üzərinə təşəbbüskar və koordinasiyaedici rol götürərək layihələrin aktivləşdirilməsinə çalışır. Həmçinin nəqliyyat, enerji, gömrük və rəqəmsal sahələrdə real nəticəyə yönəlmiş ortaq layihələri təşviq edir.  Prezidentin çağırışı, eyni zamanda Azərbaycanın ECO daxilində regional liderlik ambisiyalarının və təşkilatın canlandırılmasında fəal rol oynamaq istəyinin göstəricisidir. Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgənin iqtisadi gələcəyi üçün də mühüm siqnaldır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri