Icma.az
close
up
RU
Şuşadan dünyaya mesaj: Azərbaycan üçüncü qüvvələrin proseslərə müdaxiləsində maraqlı deyil

Şuşadan dünyaya mesaj: Azərbaycan üçüncü qüvvələrin proseslərə müdaxiləsində maraqlı deyil

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumunda verdiyi mesajlar çox önəmli mesajlardır. Azərbaycan dövlətinin siyasətini və məsələlərə baxışlarını əks etdirən məqamlardır. Bu mesajlar sırasında həm Azərbaycan-Ermənistan normallaşması, Azərbaycan-Amerika münasibətləri, Rusiya-Azərbaycan münasibətləri, Ukraynadakı savaşa olan münasibət, Ermənistanda sülh prosesi, Zəngəzur dəhlizinin açılması kimi çox önəmli məsələlərə diqqət yetirildi və mesajlar verildi."
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Azərbaycan Güney Qafqazda əməkdaşlıq və sülh prosesinin tərəfdarıdır:
"Üçüncü qüvvələrin bu proseslərə müdaxiləsində maraqlı deyil. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyir və bunu ölkələr arasında münasibətlərin və etimadın artırılmasının əsas göstəricilərindən biri hesab edir. Əgər bu baş verməzsə, Ermənistanın "dalana dirənmiş dövlət" statusunda qalacağını bəyan edir.
ABŞ-la münasibətlərin inkişafında maraqlı olduğunu söylədi. ABŞ-la zaman-zaman soyumuş münasibətlərin düzəlməsi üçün kifayət qədər potensial olduğunu və bundan istifadə ediləcəyini bildirdi. Azərbaycanın buna hazır olduğunu qeyd etdi".
Politoloq qeyd edib ki, Rusiya ilə münasibətlərə gəlincə, bu sahədə prinsipial dəyişikliyin olmadığını vurğuladı:
"Amma Rusiya tərəfindən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı mövqenin doğru olmadığını bildirdi və hələ də bu məsələyə cavab gözlədiyini dedi. Əgər cavab verilməzsə, beynəlxalq ədliyyə sisteminə müraciət olunacağını və bu barədə Rusiya tərəfinin məlumatlandırıldığını qeyd etdi.
Ukraynada gedən müharibəyə münasibətdə isə Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan etdi.
Bu olduqca mühüm mesajlardır və məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrinin media resurslarında Azərbaycan Prezidentinin Qlobal Media Forumunda verdiyi mesajlar geniş şəkildə işıqlandırıldı."
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri