Icma.az
close
up
RU
Şuşadan verilən növbəti mesaj aydındır Millət vəkili

Şuşadan verilən növbəti mesaj aydındır Millət vəkili

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa şəhərinə birgə ziyarətləri iki dost ölkənin münasibətlərinin növbəti mərhələsi olmaqla yanaşı, həm də Qarabağın artıq beynəlxalq siyasi dialoq məkanına çevrildiyinin növbəti təsdiqi kimi diqqət çəkdi. Vaxtilə işğal altında olan Şuşanın bu gün dövlət başçılarını qəbul etməsi, burada mühüm siyasi görüşlərin keçirilməsi böyük tarixi və siyasi məna daşıyır. Bu səfər çərçivəsində Türkmənistan Prezidenti Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış oldu, şəhərin müasir inkişaf konsepsiyasını, yenilənən tarixi abidələri, yaradılan infrastruktur layihələrini, yeni yaşayış məhəllələrini və azad olunmuş torpaqlarda formalaşan yeni həyatın şahidi oldu. Qarabağ bu gün bərpa olunmaqla yanaşı, eyni zamanda regionun ən müasir inkişaf məkanlarından birinə çevrilir. Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Xəzərin iki sahilində yerləşən ölkələrimiz arasında son illərdə siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsi türk dünyasının birliyinə də mühüm töhfə verir. Bu baxımdan Şuşada keçirilən görüşün rəmzi əhəmiyyəti olduqca böyükdür".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki, ona görə səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın artıq qonaqlara keçmiş dağıntıları ilə yox, qurulan yolları, müasir layihələri, bərpa olunan tarixi irsi və doğma yurdlarına qayıdan insanları ilə təqdim edilməsidir. Bu, Azərbaycanın dünyaya verdiyi ən güclü mesajlardan biridir: 

"Səfərin sonunda Azərbaycan Prezidentinin Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə etməsi isə xüsusi məna daşıyırdı. Qarabağ atı əsrlər boyu gücün, dözümlülüyün, sədaqətin və azad ruhun simvolu hesab olunub. Bu hədiyyə iki qardaş xalq arasında dostluğun, qarşılıqlı ehtiramın və gələcəyə hesablanmış strateji tərəfdaşlığın gözəl ifadəsi kimi yadda qaldı. Şuşadan verilən növbəti mesaj aydındır: Qarabağ artıq keçmişin münaqişə məkanı yox, əməkdaşlığın, inkişafın və türk dünyasının birliyini möhkəmləndirən mühüm siyasi mərkəzidir".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri