Icma.az
close
up
RU
Şuşanın poçtu son günə qədər işləmişdi… FOTOLAR

Şuşanın poçtu son günə qədər işləmişdi… FOTOLAR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ötən ay Xankəndi şəhərində keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edən litvalı hərbi jurnalist Riçard Lapaitis Qarabağ müharibəsinin unudulmuş qəhrəmanlarından biri – İrada Ağamirova Rəhilovanın həyatından bəhs edib.

Gununsesi.info-nun məlumatına görə, o, paylaşımında sadə görünüşlü, lakin böyük ruh sahibi bir qadını təsvir edir.

“O, pəncərə kənarında dayanmışdı və poçt markalarına baxırdı. Bir çoxları yanından keçdi, bəlkə də hekayəsi diqqətdən kənarda qaldı. Amma o, bir tarix idi”, – jurnalist qeyd edir.

İrada xanım 1982-ci il yanvarın 10-dan Ağdam poçtunda işə başlayıb. Uzun illər ərzində onun əllərindən minlərlə məktub keçib: “Bağışla, səni sevirəm, gözləyirəm” sözləri ilə dolu məktublar…

Daha sonra o, Şuşa şəhər poçt şöbəsinin müdiri olub. İşğala – 1992-ci il mayın 8-nə qədər bu vəzifədə çalışıb. “O, şəhəri ən son tərk edənlərdən biri olub. Poçt son günə qədər işləyib. Bu, bir xalqın inamı, gözləntisi, göz yaşları idi”, – jurnalist qeyd edib.

Şuşa işğal edildikdən sonra İrada xanım könüllü olaraq cəbhəyə yollanıb və Azərbaycan əsgəri kimi xidmət edib. Və 2025-ci ildə o, yenidən Şuşadadır, yenə də poçtda çalışır.

“Bəlkə də, bir məktub elə Şuşanın özündən gəlmişdi. Məktubda yazılmışdı: “Sən nə qədər gözləyirsənsə, mən də o qədər gözləyəcəyəm!”, – Lapaitis qeyd edib.

Jurnalist bildirib ki, İrada xanım əsl qəhrəmanlıq nümunəsidir:

“Məktub yazın… Cavab gəlməsə belə yazın. Ancaq məktublarda biz özümüz ola bilirik. Ümid göndərin, inam göndərin – necə ki, vaxtilə İrada xanım öz doğma Şuşasına ümid göndərmişdi…”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri