Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

ŞUŞAYA QAYIDIŞ BİZƏ İKİNCİ NƏFƏS VERDİ

ŞUŞAYA QAYIDIŞ BİZƏ İKİNCİ NƏFƏS VERDİ

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Elindən-obasından ayrı düşmək qədər çətin ikinci bir ağrı-acı, dərd, kədər yoxdur. Bunu ən çox qaçqınlıq və məcburi köçkünlük ömrü yaşayan insanlar bilirlər. O insanlar bilir ki, yurd yerindən, doğma ocaqdan  məcburi ayrılmaq  nə deməkdir. Heç çox adam  bu ayrılığa, bu həsrətə dözməyib və ürəyib  partlayıb. Xüsusən də yaşlı nəslə məxsus olan insanlar bu kədərli illərə və aylara tab gətirməyib və həyatla vidalaşıb.

Yurddan ayrı düşən və 30 il  Vətən həsrəti ilə alışıb yanan şuşalılar da  belə bir kədərli  ömür yaşayıblar. Dünyanın ən gözəl yeri  olan Şuşadan onları ermənilər didərgin  salmışdılar. Çünki  erməni  faşistləri tək Şuşanı deyil, bütün Qarabağı işğal etmək istəyirdilər və işğal da eləmişdilər. Düşünürdülər ki, bu işğal nəinki 30 il, yüz illərlə davam edəcək və həmin yerlər də  ermənilərə qalacaq. 

Onlar belə düşünürdülər, ancaq Azərbaycan xalqı isə işğal olunmuş ərazilərini  azad etmək haqqında belə demək mümkünsə, bir gün sakit durmurdu. Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin hakimiyyəti dövründə  torpaqlarımızın geri qaytarılması  üçün beynəlxalq səviyyədə  çox böyük işlər görüldü. Birləşmiş Millətlər Təşkilatanın 4 qətnaməsinin icra olunması üçün hər iki  dövlət başçısı  mötəbər kürsülərdən öz iradlarını  bildirdi və bu qətnamənin tezliklə icra olunmasını tələb etdi. Amma yenə nə BMT-dən, nə də ATƏT-in üzvü olan və ermənilərə  havadarlıq edən  böyük ölkələrdən bir səs çıxmadı. Və axırda  Azərbaycan xalqının səbr kasası doldu. Prezident, Ali Baş  Komandan İlham Əliyevin əmri ilə ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün əks hücuma  keçdi. Cəmi 44 gündə həmin ərazilər və o cümlədən də noyabrın 8-də Şuşa şəhəri  erməni işğalından azad edildi. 

Azad olunmuş  Şuşaya Azərbaycan bayrağı  sancıldı və Prezident  İlham Əliyev özü Şuşada oldu və bu bayrağı yenidən ucaltdı. Qısa zaman kəsiyində Şuşada  dağıdılmış, viran qoyulmuş, yandırılmış sosial obyektlər, yaşayış binaları, Gövhər ağa məscidi və eləcə də digər yerlər    əsaslı surətdə yenidən bərpa edildi və əhalinin istifadəsinə  tam hazır səviyyəyə gətirildi. Artıq Şuşada  demək olar ki,  2024-cü ilin əvvəlindən bütün infrastruktur yenidən qurulmuş, bir-birindən gözəl sosial obyektlər inşa edilmiş və yaşayış binaları  tikilmişdir. Ölkə prezidenti də öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bütün məcburi köçkünlər kimi şuşalılar da tezliklə öz yaşayış yerlərinə qayıdacaqlar.

Artıq  2024-cü ilin axırına yaxın Şuşaya yeni dönüş başlandı. Və bu ilk dönüşdə  ölkə prezidenti İlham Əliyev də iştirak etdi. Yüzlərlə insan qədim və zəngin  mədəniyyətə malik olan Şuşaya qayıtdı. Bu o deməkdir ki, artıq 30 illik  həsrətə  son qoyulmuşdur. Bu o demək idi ki, həsrətə, kədərə bir nöqtə qoyulmuş,  yeni bir həyat başlamışdı. 
Deməli, Şuşaya dönüş və Şuşaya qayıdış oranın sakinlərinə, başqa sözlə demiş olsaq, ikinci nəfəs vermişdi. Bu ikinci nəfəsi şuşalılar nə az, nə çox  düz 30 il gözləmişdilər. Onların gözlədiyi gün gəldi və şuşalılar Bakıda məskunlaşdıqları yaşayış yerindən Şuşaya, doğma yurda qayıtdılar.

Onlardan biri də yazıçı-publisist və uzun  müddət «Ədalət» qəzetində məsul vəzifədə  çalışmış Kərim Kərimlidi. Kərim Kərimli deyir ki, bəlkə də mənim saçım  ağarmazdı. Şuşanın ayrılığına, həsrətinə ürəyimlə yanaşı, saçlarım da  dözmədi və mənim saçlarım  ağappaq oldu.  Amma bu da bir xoşbəxtlikdir.  Çünki 30 il bu günü, bu dəqiqəni, bu anı gözləyirdik. Çox adam bu anı, bu dəqiqəni gözləyirdi. Əksəriyyətinə Şuşaya qayıtmaq  nəsib olsa da, bəzi yaşlı insanlara bu sevinc, bu xoşbəxtlik nəsib olmadı. Amma bu sevinc, bu xoşbəxtlik onların övladlarına, nəvələrinə qismət oldu. 

Elə şuşalılar vardı ki, heç Şuşaya qayıdış olmamışdan öncə oranı zirayət  etmişdi. Allaha and olsun ki, mən Şuşaya birinci dəfə  ayağımı basanda dizimi yerə qoyub torpağı, daşı öpmüşəm, sonra da iməkləmişəm. Çünki bu mənim əhdim olub. Düzdür, bir dəfə  Şuşa işğal olunanda jurnalist kimi bir çox xarici yazarlarla ora səfər etmişdim. Şuşadan, torpaq və su gətirmişdim. Həmin  torpaqdan Aqil Abbasa da vermişdim. Amma onda bir  neçə saat  Şuşada olmuşdum və çox yerə də getməyə ermənilər  icazə vermirdilər. Hətta torpağı götürməyə belə qoymurdular. 

İndi isə  biz doğma Şuşadayıq. Allah prezidentimizin canını sağ eləsin, hamı kimi mənə də burda təzə, təmirli ev verib. Ailəmlə, uşaqlarımla Şuşada yaşayıram və işləyirəm. Oğluma da 2024-cü ildə toy elədim. Bu toyu  Xankəndində çaldırdım, amma onun səsi elə Şuşaya da yayıldı. Mənə görə dünyanın ən gözəl, ən möhtəşəm yeri  Şuşadır. Şuşadan gözəl, Şuşadan yaraşıqlı ikinci bir şəhər tanımıram. Bundan sonrakı  ömrümü  Şuşada yaşayacam, işləyəcəm və xalqıma  xidmət edəcəyəm. 

Şuşaya yeni köçmüş  sakinlərdən biri olan Nəzirə Məmmədova da sevincini  gizlədə bilmir. Deyir  ki, qardaş, qaçqınlıq dövrü yaşayanda tez-tez Şuşa yuxuma  girirdi. Tək mənim yuxuma yox ey, həyat yoldaşımın, övladlarımın yuxusundan çıxmırdı. Şuşadan bizi ermənilər qovanda 30 yaşım vardı, üç  övladım da dünyaya gəlmişdi. Onları nə zülmlə odun-alovun  içindən çıxartdıq, onu bir Allah  bilir. Bizi o odun-alovun içindən Allah, bir də Azərbaycan əsgərləri xilas elədi. İndi öz evimizdə-eşiyimizdə çox rahat yaşayırıq. Tək mən yox, qonşularımız da yeni evdə özlərini çox rahat, xoşbəxt hiss edirlər. Hamımız da  işləyirik. Bu xoş günə görə göydə Allaha, yerdə  Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə, bir də ordumuza, əsgərlərimizə minnətdaram. Şəhidlərimizin yeri cənnət olsun, qazilərimizə  isə Allah şəfa versin. Bir daha Allaha şükür olsun ki, Şuşaya  qayıda bilmişik və gözəl günlər yaşayırıq. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Yanvar 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri