Icma.az
close
up
RU
525 ci qəzet İkinci nəfəs

525 ci qəzet İkinci nəfəs

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 AMEA  Memarlıq və  İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Afaq Böyük ağa qızı Hüseynova  1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsini bitirib.
Afaq Hüseynova 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Azərbaycanın balet tamaşalarında incəsənətin sintez problemi” adlı dissertasiya işini uğurla müdəfiə edib fəlsəfə doktoru adını almışdır. O, üç kitab müəllifidir. “Azərbaycan rəqsinin təkamülü”(2019, Bakı: “Avropa”), “Azərbaycan balet tamaşası: genezis və sənətlərin sintezi”(2020, Bakı: “Avropa”), “Tahir Tahirov. Sənətkarın ömrü” (“TEAS PRESS”, 2021), müəllifi olduğu “Azərbaycan milli rəqsinnin genezisi” adlı kitab nəşrə təqdim olunmuşdur. Hazırda  “Orta əsr Şərq miniatüründə və Qacar dövrü incəsənətində rəqs geyimləri və atributları” mövzusu ilə bağlı elmlər doktoru dissertasiyasını tamamlamaq üzrədir. Respublika və beynəlxalq  elmi jurnallarda 43 məqaləsi dərc olunub. «Мугам в азербайджанском балетном спектакле. (Материалы Международного Научного Симпозиума "Мир мугама". 2009), “Культурное наследие азербайджанского народа как основа развития этнотуризма в республике”. (Управленческое консультирование, Москва, 2016), “Təbriz miniatür məktəbinin təsvirlərindəki əl hərəkəti və üz ifadələri Azərbaycan milli xüsusiyyətlərinin təzahürü kimi” (Azerbaycansunasligin actual problemleri: X Beynəlxalq elmi konfransin materiallari, Azərbaycanşunaslıgın actual problemleri: X Beynelxalq elmi konfransin materiallari, Bakı, 2018), “Nizami Ganjavi in ballet performances”, (Scientific Research and Experimental Development Publisher Agency, London, England, 2023), «Средневековая восточная миниатюра и изобразительное искусство эпохи Каджар, как источник современных танцевальных костюмов. атрибутики, движений в Азербайджане”  (Interdisciplinary Science Studies Dublin, Ireland, 2024) və s.
Sənətşünas Afaq Hüseynova uzun illərdir ki, elmi fəaliyyətlə bərabər ictimai işlərdə də aktiv iştirak edir. 

1999-cu ildən “Yaradıcı Qadınlar” İctimai Birliyinin sədri kimi Bakıda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən layihələrin rəhbəri, o cümlədən qaçqın uşaqları ilə , uşaq evlərinin uşaqları ilə , I Qarabağ müharibəsi əlilləri ilə, aztəminatlı qadınlar ilə bağlı və onlarla başqa  layihələrin rəhbəridir, 5 sənədli və 7 qisa filmin müəllifidir.  

Afaq Hüseynova 1973-cü ildə Bakı Xoreoqrafıya Məktəbinin “Xalq rəqsləri ansamblının artisti” ixtisasını bitirmişdir. O, xoreoqraf, rəqqas, rəssam kimi də fəaliyyət göstərmişdir. “Spartak” Cəmiyyətində bədii gimnastikanın İdman ustalarının xoreoqrafı kimi çalışmış, Azkonsertin solisti qismində  Azərbaycan və xarici tamaşaçıların qarşısında gözəl Azərbaycan və müasir rəqsləri ilə çıxış etmişdir. Roza Cəlilovanın rəhbəriyi ilə “Gülüstan” rəqs ansambılının solisti olarkən Amerikada, Fransada, Türkiyədə, Rusiyada və s. ölkələrdə böyük ustalıqla Azərbaycan milli rəqslərini ifa etmişdir. Afaq xanım 1996-2008-ci illərdə “Qobustan” rəqs ansambılını yaradıb, onun bədii rəhbəri və xoreoqraf vəzifəsində çalışıb. Gözəl və maraqlı rəqslərin- “Dilşadı”, “Mirzəyi vogzalı”, “Qıd-qıdı” v.s. müəllifidir.
Onun yaradıcılığı haqqında bir çox televiziya proqramları çəkilib. 2001-ci ildə  Azərbaycanın tanınmış kinorejissoru Nazim Rza Afaq Hüseynovanın rəssamlıq sənətinə həsr olunmuş “Od pərisi” adlı 40 dəqiqəlik maraqlı sənədli film çəkib.
O, 2013-cü ildə Beynəlxalq Muğam Simpoziumunda məruzə ilə çıxış etmiş, bununla yanaşı Əbdülqadır Marağai “Naxışbəsti” musiqisinə öz rəqs quruluşunda orta əsrin azərbaycan rəqs geyimini nümayiş  etdirmişdir. Rəqslərdə təsviri verilən geyimlərın müəllifi, həm də xoreoqrafı kimi Afaq Hüseynova özü çıxış etmişdir. O, həmçinin bir çox rəqs ansambllarının bədii rəhbəri olub.   

Afaq Hüseynova həm də 1975-80-ci illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun ''Dekorativ-tətbiqi sənət'' fakültəsində təhsil alıb. O,1988-ci ildən Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvüdür. 1976-cı ildən - respublika, beynəlxalq sərgilərdə iştirak edib. Afaq xanımın rəssam kimi də zəngin yaradıcılıq fəaliyyəti ictimaiyyətə bəllidir.  Onun rəsm əsərləri Azərbaycan Dövlət Xalça Muzeyində,  Londonda Viktoriya və Albert muzeyində, Danimarkanın Odensa şəhərinin bələdiyyə muzeyində, Moskva Şərq Sənət muzeyində, eləcə də Amerika, Fransa, İngiltərə, Almaniya, Türkiyə və Russiyanın şəxsi kolleksiyalarında saxlanılır. 1976-2000-ci illərdə Afaq Hüseynova rəssam kimi respublikada və xarici ölkələrdə (Almaniya, Portuqaliya, Monqoliya, Çexoslovakiya və s.) keçirilən sərgilərdə iştirak edib. Bakıda və Antaliyada fərdi sərgiləri keçirilib. 

Afaq Hüseynova 1999-ci ildə “Yaradıcı Qadınlar Assosiasiyası”’nı yaratmışdır. O, iyirmi il ərzində qaçqin və kimsəsiz uşaqlarla, əlillərlə, az təminatlı insanlarla bağlı  lahiyələri uğurla həyata kecirmişdir. Çoxsaylı sərgiləri, təqdimatları təşkil edilib. “Yaradıcı Qadınlar Assosiasiyası” 2000-ci ildən QHT Forumunun üzvüdür. 2001-ci ildən “Yaradıcı Qadınlar Assosiasiyası”nın sədri olaraq Afaq Hüseynova QHT Forumunun  “Təftiş” komissiyasının üzvüdür. 
Yanvarın 21-də Afaq Hüseynovanın 70 illik yubileyi ilə bağlı Azərbaycan Rəssamlar İttifaqının Vəciyyə Səmədova adına rəsm qalereyasında “İn-Yan arasında” yubiley retrospektiv sərgisi baş tutub. Sərgidə dərin fəlsəfi fikri formalaşdıran keramika, rəngkarlıq, grafika üslubunda rəssamın Nizami dünyası, insanların bir-biri ilə əlaqəsi, məhəbbət, insanın kosmosla əlaqəsi, balet və insanların maskaları, şamdanlar-nar, Qobustanın rəqs edən kişilər və yanan rünlərlə, və s. bir çox həyati hadisələrə bağlı baxışı öz əksini tapır. 
Sənətşünas Afaq Hüseynova AMEA Memarlıq vı İncəsənət İnstitutunun, Azərbaycan Rəssamlar İttifaqının, eləcə də bir çox xarici təşkilatların sertifikat və diplomlrarı ilə təltif olunub. 
Sənətşünas alim, rəssam, xoreoqraf Afaq Hüseynovanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. 

Rəfiqə Ağakişiyeva
AMEA Memarlıq və İncəsənət İnstitutu
İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see274

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see266

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see259

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see253

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see247

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see247

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see243

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see239

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see238

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see233

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see231

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see219

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see219

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see216

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see211

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see210

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see208

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see207

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri