Icma.az
close
up
RU
Susduqca böyüyən problem...

Susduqca böyüyən problem...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İntiharların arxasında nə dayanır?

İnsanın həyatı bəzən kənardan göründüyü kimi deyil. Üzdə təbəssüm, gündəlik həyatda adi görünən davranışlar, insanlarla qurulan ünsiyyət - bütün bunların arxasında heç kimin görmədiyi dərin bir ümidsizliklər gizlənə bilər. Məhz buna görə intihar yalnız bir insanın həyatı ilə bağlı məsələ deyil. Bu, ailənin, dostların, iş yoldaşlarının, bütövlükdə cəmiyyətin üzləşdiyi ciddi sosial və psixoloji problemdir.

Hər il sentyabrın 10-u dünyada İntiharla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu gün təkcə statistika ilə yox, həyatla, itirilmiş gəncliklə, susmuş sözlərlə, vaxtsız bitmiş ömürlərlə bağlıdır. Günün məqsədi sadəcə problemdən danışmaq deyil, onu görmək, anlamaq və bir insanın yaşamaq ümidi itməmiş əlini tutmaqdır.

İntiharın yalnız bir səbəbi yoxdur...

İntiharı təkcə bir səbəblə izah etmək düzgün deyil. “Ailəsində problem var idi”, “işini itirmişdi”, “depressiyada idi” kimi sadə izahlar çox vaxt məsələnin mürəkkəbliyini əks etdirmir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, sosial, psixoloji, bioloji, mədəni və ətraf mühit amillərinin müxtəlif kombinasiyası intihara səbəb ola bilər. Depressiya və digər psixi sağlamlıq problemləri risk faktorları sırasında olsa da, intihar hallarının hamısını psixi xəstəliklə izah etmək olmaz. Bəzi hallarda insan ağır həyat böhranı, münasibət problemləri, maliyyə çətinliyi, itki, tənhalıq, xroniki ağrı, zorakılıq və ya digər sarsıdıcı hadisə fonunda özünü çıxılmaz vəziyyətdə hiss edə bilər.

Burada vacib məqam odur ki, intihar etmək istəyən hər insanın mütləq psixi xəstəliyi var düşüncəsi doğru deyil. Bəzən insan sadəcə probleminin həll olunacağına dair ümidini itirir.

ÜST-nın qlobal hesablamalarına əsasən, hər il təxminən 727 min insan intihar nəticəsində həyatını itirir. Digər diqqətçəkən fakt budur ki, qlobal intiharların 73 faizi aşağı və orta gəlirli ölkələrdə baş verib.

Ən yüksək göstəricilər hansı ölkələrdədir?

Ölkələri müqayisə edərkən sadəcə intihar hallarının sayına deyil, 100 min nəfərə düşən intihar səviyyəsinə baxmaq daha doğrudur. Çünki əhalisi böyük olan ölkədə hadisələrin mütləq sayı çox, lakin əhaliyə nisbətdə göstərici aşağı ola bilər.

ÜST-ün məlumatlarında ən yüksək göstəricilər arasında Lesoto və Esvatini diqqət çəkir. ÜST məlumat bazasında 2025-ci il üçün Lesotoda göstərici 100 min nəfərə təxminən 28,7 min ölüm, Esvatinidə isə 27,2 min ölüm olub. Cənubi Koreyada da göstərici yüksəkdir - təxminən 27,5 ölüm. Dünya üzrə ötən il orta göstərici təxminən 100 min nəfər 9,2 min ölüm olub.

Kişilər daha çox risk altındadır

Qlobal statistikada diqqət çəkən məqamlardan biri cinslər arasındakı fərqdir. ÜST-ün qlobal qiymətləndirmələrində kişilərin intihar nəticəsində ölmə göstəricisinin qadınlardan əhəmiyyətli dərəcədə yüksək olduğu göstərilib. Hesablamada kişilər üçün göstərici 100 min nəfərə 12,6 min ölüm, qadınlar üçün isə 5,4 min ölüm olub. Yəni kişilərdə ölüm göstəricisi iki dəfədən çox yüksəkdir.

Bu fərqin səbəbləri mürəkkəbdir. Kişilərin emosional çətinliklərini daha az ifadə etməsi, yardım istəməyə tərəddüd etməsi, sosial stereotiplər, alkoqoldan istifadə, sosial təcrid və böhran vəziyyətlərində dəstək alma imkanlarının məhdud olması kimi amillər müəyyən rol oynaya bilər.

Gənclər arasında vəziyyət narahatedicidir...

İntihar bütün yaş qruplarında müşahidə oluna bilər. Lakin gənclər arasında problem xüsusi diqqət tələb edir. ÜST-ün məlumatına görə, intihar 15-29 yaşlı insanlar arasında dünyada üçüncü əsas ölüm səbəbidir. Həmin yaş qrupunda qadınlar üçün isə intihar ikinci əsas ölüm səbəblərindən biri kimi qeydə alınıb.

Bu yaş dövrü insanların həyatında mühüm dəyişikliklərin baş verdiyi mərhələdir. Təhsil, gələcək peşə seçimi, işsizlik, münasibətlər, ailə təzyiqi, tənhalıq və özünəinam problemləri bəzi gənclərin psixoloji yükünü ağırlaşdıra bilər. Bu səbəbdən məktəbdə, universitetdə və ailədə gənclərin emosional vəziyyətinə diqqət yetirmək ən azı onların akademik göstəricilərinə nəzarət qədər vacibdir.

Ölkəmizdə vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin (DSK) Dayanıqlı İnkişaf Məqsədləri üzrə rəsmi platformasında “İntihar səbəbindən ölüm səviyyəsi” ayrıca göstərici kimi təqdim olunub.

Ölkəmizdə intihar ölüm səviyyəsi 100 min nəfərə 1,56 min göstərilir. Başqa sözlə, Azərbaycan beynəlxalq məlumatlarda intiharların xeyli aşağı göstəriciyə malik ölkələri sırasında yer alır.

Medianın da böyük məsuliyyəti var...

İntihar haqqında yazmaq adi kriminal xəbər hazırlamaqdan fərqlidir. Hadisənin təfərrüatlarını, istifadə olunan üsulu, yeri və digər sensasion detalları ön plana çıxarmaq düzgün yanaşma deyil. Belə xəbərlər həssas vəziyyətdə olan insanlara mənfi təsir göstərə bilər. Media daha çox problemin səbəblərinə, risk faktorlarına, yardım imkanlarına və profilaktikaya diqqət yetirməlidir. Belə ki, jurnalistikanın əsas məqsədi faciəni böyütmək yox, cəmiyyətin problemdən nəticə çıxarmasına kömək etməkdir.

İntiharın qarşısını almaq mümkündürmü?

Mütəxəssislər intiharın qarşısını almağın mümkün olduğunu və bunun üçün elmi əsaslı müdaxilələrin mövcudluğunu bildirirlər. Buraya psixoloji yardımın əlçatanlığının artırılması, risk altında olan şəxslərin vaxtında müəyyənləşdirilməsi, insanın böhran zamanı tək buraxılmaması və yüksək ölüm riski yaradan vasitələrə çıxışın məhdudlaşdırılması kimi tədbirlər daxildir. Ailə, məktəb, universitet, iş yeri, media, sosial xidmətlər, səhiyyə sistemi və bütövlükdə cəmiyyət bu mübarizənin bir hissəsidir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri