Zaqatalalı iş adamının ölkədən çıxışına STOP QOYULDU
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Lent.az-ın xəbərinə görə, “Saxur” MMC-nin dövlət büdcəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 9324 manat vergi borcu yaranıb. Lakin borcların ödənilməsi ilə bağlı dəfələrlə şirkətə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
Son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətin borcları tam ödənilənədək MMC-nin rəhbəri olan Zaqatala rayon sakini 36 yaşlı Elnar Mehdiyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.
Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, “Saxur” MMC-nin borcları tam ödənilənədək Elnar Mehdiyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















