Icma.az
close
up
RU
Susduqca ağ eləyirlər

Susduqca ağ eləyirlər

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Arif SƏLİMOV
BDU-nun "Cəbr və həndəsə" kafedrasının müdiri, Əməkdar elm xadimi, Fizika-riyaziyyat elmləri doktoru, professor

Beynəlxalq indeksli (Web of Science və Scopus) jurnallarda məqalə çap etdirmək istəyənlərə sadə və hər kəsin anlayacağı şəkildə aşağıdakıları bildirmək istəyirik.

1. MƏSLƏHƏTDİR: On-line səhifələrindən bütün məqalələri pulsuz endirib oxumaq mümkün olan jurnallar. Bu jurnallara bəzən PULSUZ "Open Access" (Açıq daxilolma) jurnallar da deyirlər, hətta web səhifələrində bu jurnallar qeyd yazırlar ki, jurnalımız pulsuz açıq daxiloma jurnalıdır.

2. MƏSLƏHƏTDİR: Hibrid jurnallar, bunlarda məqalələrin əksəriyyəti pulsuz çap olunur və onlara abunəliyi olan qurumlardan və kitabxanalardan pulsuz oxumaq olur. Amma alternativ olaraq bu hybrid jurnallarda az sayda müəllifin istəyinə bağlı olaraq pullu "Open Access" variantı ilə də çap olunmaq var (əgər müəllif elmi işini dünyaya kitabxanalara ehtiyac duymadan həmən açmaq istəyirsə). Hybrid jurnallar variantını əsasən Springer, Elsevier, World Scientific və s. kimi məşhur şirkətlərin nəşriyyatları tətbiq edir.

3. MƏSLƏHƏT DEYİL: Tam pullu "Open Access" olan jurnallar. Bu jurnallar bütün məqalələri pul ilə çap edirlər. Bu jurnalar hüquqi olaraq öz işlərini dəqiq qururlar, səhifələrində yazırlar ki, biz məqalələri pul ilə çap edirik. Bu pulu müəllif, ya da onun sponsor təşkilatı ödəyir. Belə jurnallar səhifələrində məqalələrin çapında "Article Processing Charge" yazaraq, vergilərini ödəyirlər, hüquqi olaraq özlərini təmizə çıxarırlar. Belə jurnallarda yüksək səviyyəli məqalələrə rast gəlmək qeyri-mümkündür. Burada çap olunan müəllifin məqsədi indeksli jurnala düşməkdir.

4. MƏSLƏHƏT DEYİL: Bu jurnallar web səhfələrində "Article Processing Charge" (Məqalə çap olunma prosesi qiyməti) yazmayır, amma müəlliflərdən məqalə üçün qeyri-leqal şəkildə pul tələb edir, yəni hüquqi şərtlərə əməl etmir. Bu, çox təhlükəlidir. Bu jurnallardan da yüksək keyfiyyətli məqalə gözləmək qeyri-mümkündür. Burada müəllifin məqsədi ancaq indeksli jurnala düşməkdir.

P.S. 3-cü və 4-cü bənddəki jurnallar ümumiyyətlə fake (bəziləri buna yırtıcı deyir) jurnallar deyil, amma olmaq "potensialları" var, misallar mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri