Icma.az
close
up
RU
Azərbaycanlıların sentyabr seçimi: “Vahid Rusiya”, yoxsa?

Azərbaycanlıların sentyabr seçimi: “Vahid Rusiya”, yoxsa?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasına keçiriləcək seçkilər yaxınlaşdıqca ölkənin siyasi arenasında müxtəlif seçki gedişləri diqqət çəkməyə başlayıb. Bu dəfə diqqət mərkəzinə azərbaycanlı seçicilərə edilən gözlənilməz çağırış düşüb. Rusiyanın “Svobodnaya Pressa” nəşri xəbər verir ki, özünü “Rusiyanın azərbaycanlı diasporunun Telegram-kanalı” kimi təqdim edən resurs Rusiyada yaşayan etnik azərbaycanlıları Liberal Demokrat Partiyasına (LDPR) və şəxsən partiyanın lideri Leonid Slutskiyə səs verməyə çağırıb. Nəşrin məlumatına əsasən, çağırışda Slutski “Bakının böyük dostu”, Azərbaycan ordusunu və Prezident İlham Əliyevi dəstəkləyən siyasətçi” kimi təqdim olunur. Moskva hökuməti yanında Millətlərarası Əlaqələr Şurasının komissiya sədri Yuri Moskovski “azərbaycanlı diasporu” adından yayılan çağırışa ehtiyatlı yanaşıb. Onun sözlərinə görə, Rusiyada Azərbaycanın vahid rəsmi diaspor təşkilatı yoxdur. Politoloq Vadim Truxaçevin qənaətinə görə, Azərbaycan diasporunun dəstəyi Slutskiyə müəyyən əlavə elektorat gətirə bilər, lakin bunun LDPR-nin ümumi seçki nəticəsinə həlledici təsir göstərməsi real görünmür.
Qeyd edək ki, seçkidə iştirak hüququ olan azərbaycanlılar əsasən hakim “Vahid Rusiya” partiyasına səs verdiyi məlum faktdır. Bu çağırış isə Rusiyada Azərbaycan diasporuna münasibətlərin kifayət qədər həssas olduğu bir vaxtda yayılıb. Xüsusilə son olaraq Moskvadakı Azərbaycan diasporunun rəhbərinin Rusiyadan deportasiya edilməsi fonunda azərbaycanlılara LDPR lideri Leonid Slutskiyə səs vermək çağırışı diqqət çəkir.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.com-a öncəliklə qeyd etdi ki, Rusiyada keçiriləcək seçkilərdə azərbaycanlıların hansı siyasi partiyaya səs verəcəyi, ilk növbədə, onların şəxsi və müstəqil seçimidir: “Rusiya vətəndaşı olan azərbaycanlılar da bu ölkənin digər vətəndaşları kimi öz siyasi mövqelərini sərbəst ifadə etmək hüququna malikdirlər. Buna görə də hər hansı partiyaya səs vermək çağırışını bütün azərbaycanlıların mövqeyi kimi təqdim etmək doğru yanaşma deyil. Xüsusilə də, hər hansı bir Telegram kanalının müəyyən siyasi qüvvəyə və ya partiya liderinə səs verməyə çağırış etməsi avtomatik olaraq həmin çağırışın Azərbaycan diasporunun ümumi mövqeyi olduğu anlamına gəlmir. Rusiyada Azərbaycan diasporunun vahid siyasi mövqeyindən danışmaq da düzgün olmazdı. Orada yaşayan azərbaycanlıların siyasi baxışları və seçimləri müxtəlifdir. Digər tərəfdən, Rusiyada “Vahid Rusiya” partiyasını dəstəkləyən kifayət qədər azərbaycanlı var. Onların siyasi seçimlərinə əlavə istiqamət verməyə və ya onları konkret siyasi qüvvəyə yönləndirməyə ehtiyac yoxdur. Əgər bir Azərbaycan əsilli Rusiya vətəndaşı “Vahid Rusiya”ya, digəri LDPR-ə, başqa biri isə digər siyasi partiyaya səs vermək istəyirsə, bu, onların konstitusion hüququdur və həmin seçimə hörmət edilməlidir”.

Deputat onu da diqqətə çatdırdı ki, Azərbaycan olaraq biz Rusiyanın daxili siyasi proseslərinə və Rusiya vətəndaşlarının seçiminə hörmətlə yanaşırıq: “Bizim mövqeyimiz bundan sonra da dəyişməyəcək. Rusiya vətəndaşı olan azərbaycanlıların siyasi iradəsi onların öz seçimidir və bunu hər hansı diaspor qurumunun, Telegram kanalının və ya ayrı-ayrı şəxslərin mövqeyi ilə eyniləşdirmək düzgün deyil. Bu baxımdan, Rusiyada hansısa Telegram kanalında azərbaycanlılara konkret partiyaya səs vermək çağırışının səsləndirilməsini bütövlükdə Azərbaycan diasporunun siyasi mövqeyi kimi təqdim etmək cəhdi həm siyasi, həm də ictimai baxımdan yanlış yanaşmadır. Azərbaycanlıları ayrıca etnik qrup kimi hədəfə alaraq onların siyasi seçiminə təsir göstərmək cəhdləri də qəbuledilməzdir. Seçki fərdi iradə məsələsidir və buna hörmət etmək lazımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri