Icma.az
close
up
RU
Şüşə butulkaların da “zibili çıxdı”...

Şüşə butulkaların da “zibili çıxdı”...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şüşə butulkalarda plastik butulkalardan 5-50 dəfə çox mikroplastik var...

İçməli suda isə mikroplastik səviyyəsinin bütün növ qablarda nisbətən aşağı olduğu aşkar edilmişdir. Soda və pivənin səviyyəsi daha yüksək imiş...

SİA-nın məlumatına görə, Fransa Qida Təhlükəsizliyi Agentliyi (ANSES) aşkar edib ki, şüşə butulkalardakı su, soda, pivə və şərabın tərkibində plastik butulkalar və ya qutulardakı eyni içkilərdən 5-50 dəfə çox mikroplastik var. ANSES-in tədqiqat direktoru Quillaume Duflot qeyd edib ki, alimlər Fransada satılan məşhur içkiləri araşdırıblar.

Onlar qablaşdırma növünün mikroplastiklərin səviyyəsinə necə təsir etdiyini öyrənməyi planlaşdırırıblar.

Agence France-Presse (AFP) yazır ki, tədqiqatçılar orta hesabla şüşə butulkadan bir litr içkinin tərkibində 100-ə yaxın mikroplastik hissəcik olduğunu qeyd ediblər.

Aspirant İzelin Şaib mikroplastik hissəciklərin şüşə butulkaların qapaqlarının kənarındakı boyanın formasına, rənginə və tərkibinə uyğun gəldiyini söyləyib.

Çox güman ki, saxlama zamanı qapaqlar bir-birinə toxunur və sürtülür, mikrohissəciklərin sərbəst buraxıldığı görünməz cızıqlar yaradır.

Eyni zamanda, içməli suda mikroplastiklərin səviyyəsi bütün növ qablarda nisbətən aşağı olub - şüşə butulkalarda litrdə 4,5 hissəcikdən plastik qablarda 1,6 hissəyə qədər.

Şərab, hətta stəkanda da minimal dəyərlər göstərib. Bunun səbəbləri hələ aydın deyil. Soda və pivə üçün səviyyə daha yüksək idi: litrdə 30-dan 60-a qədər hissəcik.

ANSES qeyd edib ki, mikroplastiklər üçün toksiklik həddi olmadığı üçün bu cür dəyərlərin insan sağlamlığı üçün təhlükə olub-olmadığını söyləmək hazırda mümkün deyil. Agentlik istehsalçılara qapaqları təmizləmə üsullarını təkmilləşdirməyi təklif edib: hava ilə üfürmək, ardınca su və spirtlə yaxalamaq çirklənməni 60 faiz azalda bilər.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri