Bu məhsul marketlərdən yığışdırılır İçindən şüşə qırıqları çıxdı FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
Məşhur makaron sousu marketlərdən geri çağırılıb.
Milli.Az xəbər verir ki, buna səbəb içində şüşə qırıntılarının olma ehtimalıdır.
"Organic Alla Norma Sauce" adlı sousun bəzi partiyalarında şüşə qırıqları aşkarlanıb və satışdan yığışdırılaraq istehlakçılara yeməmək xəbərdarlığı edilib. Geri çağırılma 140227 partiya nömrəli və istifadə müddəti 14/02/2027 olan məhsulları əhatə edir.
Qida Standartları Agentliyi bildirib ki, bu sousu alanlar dərhal marketə qaytarıb pulunu geri almalıdırlar. İstehlakçılara "əgər bu məhsuldan almısınızsa, onu yeməyin" xəbərdarlığı edilib.
Agentlik qeyd edib ki, geri çağırma qərarı məhsulda insan sağlamlığı üçün təhlükə yarada biləcək problem aşkarlananda verilir. Sousun geri çağırılması "Ocado" da daxil olmaqla onu satan bütün mağazalara şamil olunub.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 May 2025 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















