“Suslov dövrünün kadrları dini fəaliyyət sahəsindən uzaqlaşdırılmalıdır” Elman Cəfərli
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb.
Forumda respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistan və Qazaxıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri aparılıb.
Siyasi şərhçi Elman Cəfərli Gununsesi.info-ya açıqlamasında bu toplantını yüksək qiymətləndirib:
“Ümumiyyətlə, son illər bir sıra sahələr yenidən format olunub. Destruktiv qüvvələr, qaragüruhçular çıxdaş edilib. Məsələn, son 5 ildə aparılan məqsədyönlü islahatlar nəticəsində QHT sektorunda sağlam, fəaliyyətində milli maraqları öndə tutan dövlətçi qüvvələr önə çıxıb. Ən əsası vətəndaş cəmiyyəti peşəkarlaşıb, beynəlxalq əlaqələri güclənib. Siyasi partiyalar sistemində durulaşma gedib, qaragüruhçular arxa plana keçib, daha sivil, çağdaş düşüncəli insanlar siyasətə gəlib. Bir sözlə nəsil dəyişilməsi reallaşıb. Dini fəaliyyət sahəsində də bu islahatlara çoxdan ehtiyac var idi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son illər cəmiyyəti razı salan kifayət qədər müsbət addımlar atıb. Əvvəla, bu qurumun səlahiyyətləri xeyli artıb. Komitəyə qədər dini fəalliyyət sahəsinə Sovetdə qalma Suslov dövrünün adamları rəhbərlik edirdi. Onların zəifliyi üzündən dini cameəyə Səudiyyədən, İrandan təlimat alan pozucu ünsürlər soxulmuşdu. Əslində bu proses obyektiv səbəblərlə daha çox bağlı idi.
90-cı illərdə Azərbaycan zəif durumda idi. Torpaqları işğal olunmuş, qaçqın ordusu yaranmış, məcburi köçkünlər üçün çadır şəhərcikləri salınmışdı. Azərbaycana humanitar yardım göstərən dövlətlər bundan sui istifadə edib qeyri-ənənəvi dini görüşləri Azərbaycan xalqına sırımağa başlamışdılar. Subyektiv tərəfi o idi ki, dini fəaliyyət sahəsinə rəhbərlik edən adamlar onlara müqavimət göstərmir, əksinə meydan verirdi. Bu adamların xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və qələbədən sonra tutduqları mövqe ciddi şəkildə yanlış idi. Məsələn, dini qurumların nümayəndələri Şuşaya səfər etmişdi, nümayəndə heyətinin tərkibində hətta söyüşlü meyxana deyən “şair”lər də yer almışdı. Şuşa məscidində qılınan namaz da pişnamaz QMİ rəhbəri, şeyxülislam yox, İranın Bakıdakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad təyin edilmişdi. İlk dəfə biz bunu fotofaktlarla aşkara çıxardıq, ictimailəşdirdik, sonra gec də olsa səhvlərini düzəltdilər.
QMİ rəhbəri dəfələrlə açıqlamalarında siyasi səhvə yol vermiş və cəmiyyətdə qınanmışdı. Məsələn, bir dəfə Azərbaycanın Ermənistan üzərində böyük zəfərini İran rəhbəri Seyid Əli Xamneyinin “xeyir-duası”na bağlamışdı. Halbuki Azərbaycan Ermənistan üzərində böyük zəfəri qardaş Türkiyənin, Pakistanın dəstəyi ilə qazanmışdı. Xamneyi isə 44 günlük müharibə zamanı Araz qırağında “Suriyadan gətirilmiş terrorçulardan” danışır, haqq savaşımıza kölgə salmağa çalışırdı. Bütün bunlar göstərirdi ki, dini fəalliyyət sahəsinə daha ağıllı, siyasi cəhətdən savadlı, ayıq, hadisələrə daha çevik və düzgün qiymət verməyi bacaran insanlar rəhbərlik etməlidir. Hesab edirəm ki, uzun illər arzuladığımız milli düşüncəli insanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirlər”.
Elman Cəfərli deyib ki, xüsusən İrandan təlimat alan pozucu ünsürlərin dini fəaliyyət sahəsindən sıxışdırılması yaxşı haldır:
“Əvvəlki vaxtlar olsaydı, yəni bu toplantını QMİ təşkil etsəydi yenə meyxanaçı Elşən Xəzər, rövzəxan Seyid Taleh, Hacı İlqar, Axund Azər başda olacaqdı. Lakin bu toplantıda onları görmədik. Azərbaycan tolerant ölkədir, müxtəliffikirlilik bizim qazancımızdır. Onlar da fəaliyyət göstərsinlər, öz görüşlərini açıqlasınlar. Ancaq rəhbərlikdə, minbərdə olmasınlar. Çünki yaydıqları ideyalar zərərlidir. Bu gün toplumun hər bir üzvü, siyasi təşkilatlar, vətəndaş cəmiyyəti, dini qurumlar Azərbaycan dövlətinin maraqlarını müdafiə etməlidir. Bu gün Turan Birliyi qurmağı hədəfləmişik, dövlət maraqlarımız qardaş Türkiyə və Pakistanla, dost və müttəfiq ölkələrlə bir sırada addımlamağı diktə edir. Buna qarşı çıxanlar, milli maraqlarımıza uyğun olmayan düşüncələri təbliğ edənlər, məzhəb pərdəsinə bürünmüş İran şovinizmini, xomeynizmi yayanlar bizimlə birgə ola bilməz. Onlar hər yerdən dışlanmalıdır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















