Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Ermənistan 1993-cü ildən 2020-ci ilə qədər Qarabağda və Şərqi Zəngəzurda ətraf mühitə, təbii sərvətlərimizə, su resurslarımıza qarşı ekoloji terror həyata keçirib. Həmin illərdə işğal altında qalan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan ziyanla bağlı konkret rəqəmlər mövcuddur. Rəsmi məlumata görə, işğaldan əvvəl bu ərazilərdə 261 min hektardan çox meşə, 70 mindən artıq hektar xüsusi mühafizə olunan təbiət ərazisi və çoxsaylı təbiət abidələri mövcud olub. İşğal dövründə meşələrin bir hissəsi kütləvi şəkildə məhv edilib. Mebel sənayesinə qurban verilib, ağaclar kəsilərək oduncaq kimi satılıb.

Bunu AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

İctimai Birlik sədrinin sözlərinə görə, peyk müşahidələrinə əsaslanan məlumatlarda qeyd olunur ki, 60 min hektara yaxın meşə sahəsi ermənilər tərəfindən məhv edilib. Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda çoxillik ağaclar kəsilib. Zəngilanda Şərq çinarı meşəsi talan olunub, Laçında qiymətli qırmızı palıd növü tamamilə məhv edilib. Transsərhəd çayları çirkləndirilib, su anbarları illərlə baxımsız qalıb, su ehtiyatlarının idarə edilməsində beynəlxalq prinsiplər pozulub. Ermənistan tərəfindən qızıl və digər faydalı qazıntı yataqları ekoloji normalara və beynəlxalq standartlara əməl edilmədən, qeyri-peşəkar və məsuliyyətsiz şəkildə qanunsuz istismar olunub.

"Ən pisi odur ki, təbii resurslarımızın qanunsuz istismarı, barbarca talan edilməsi 44 günlük müharibədən sonra da davam edirdi. 2020-ci ilin noyabrında Kəlbəcər və Laçın rayonlarından çıxmağa hazırlaşan erməni qüvvələri yayayış məntəqlərimizə, evlərə, təsərrüfat infrastrukturlarına, su bəndlərinə, yaşıllıqlara ziyan vurur, qəsdən yanğınlar törədirdilər.

İşğal dövründə Kəlbəcər, Laçın, Zəngilan və digər ərazilərdə qızıl, mis, molibden, civə və digər faydalı qazıntı yataqları istismar edilmişdi. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi sənədlərdə buna dair faktlar yer alırdı. Məlumatlarda bildirilirdi ki, işğaldan əvvəl müəyyən edilmiş 151 mineral yatağından 52-si 1993–2020-ci illərdə ilk dəfə istismar olunmuşdu. Bu prosesdə Qarabağdakı keçmiş separatçı administrasiyaya bağlı şirkətlərin, o cümlədən “Base Metals”in qızıl və mis-molibden yataqlarının işlənməsində iştirakı barədə məlumatlar var idi. Zəngilanın Vejnəli qızıl yatağı da uzun illər ərzində qanunsuz istismar edilmişdi. Yatağın ehtiyatları 6,5 tona qədər qızıl təşkil edirdi. Həmin yatağın istismarı ilə bağlı adıçəkilən şəxslərdən biri İsveçrə-Ermənistan vətəndaşı, “Gold Star” şirkəti ilə əlaqəli Vartan Sirmakesdir. O, həmçinin “Franck Muller” lüks saat brendinin həmtəsisçisi kimi tanınır. Araşdırmalarda Sirmakesin rəhbərlik etdiyi İsveçrədə qeydiyyatdan keçmiş “Vallex Group” və “Base Metals”in 2009–2017-ci illərdə Qarabağdakı qiymətli metal yataqlarından əldə etdiyi bəyan edilmiş gəlirin 177,5 milyon dollar olduğu qeyd edilir. Eyni zamanda, “Gold Star” şirkətinin Vejnali yatağında fəaliyyət göstərdiyi və 2019-cu ildə Qarabağ iqtisadiyyatının ən iri vergi ödəyicilərindən biri olduğu barədə məlumat yayılıb.

Təbii sərvətlərimizin qanunsuz istismarı, filiz yataqlarımızın ekoloji standartlardan kənar üsullarla yağmalanması məsələsi 2022-ci ilin sonlarında vətəndaş cvəmiyyətinin səbr kasasını daşırdı. Həmin il dekabrın 12-də Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə böyük aksiya başladı. Ermənilər xarici sərmayədarla birlikdə Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə filiz yataqlarını talan edirdi. Onlara qeyri-qanuni erməni silahlı dəstələri də himayə edirdi.

Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların dinc etiraz aksiyası 138 gün davam etdi. Ekofəalların əsas tələblərindən biri Qarabağda, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarının dayandırılması idi. Digər mühüm tələb həmin yataqlarda ekoloji vəziyyətin və təbii sərvətlərin istismarı nəticəsində yarana biləcək fəsadların monitorinqinin aparılmasına şərait yaradılması idi. Nəhayət, həmin aksiyanın bitdiyi ilin - 2023-cü ilin sentyabrında 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı nəticəsində Xankəndi və digər ərazilər Azərbaycanın nəzarətinə keçdi və təbii ehtiyatlarımızın qanunsuz istismarı dayandırıldı. Müharibə başa çatsa, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın nəzarətinə keçsə də, işğal dövründə filiz yataqlarının qanunsuz istismarı, meşələrin qırılması və təbii sərvətlərə vurulmuş zərərlə bağlı faktlar sistemli şəkildə toplanmalı, sənədləşdirilməli və aidiyyəti beynəlxalq təşkilatlara təqdim edilməlidir. Bu prosesdə iştirakı faktlarla təsdiqlənən erməni iş adamlarının, keçmiş separatçı strukturların rəhbərlərinin, Ermənistan rəsmilərinin, eləcə də tərəfdaş xarici şirkətlərin məsuliyyəti beynəlxalq hüquq çərçivəsində araşdırılmalıdır”, - deyə E. Cəfərli qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri