“Susun, əks halda buradan çıxarılacaqsınız” Paşinyanın jurnalistlə mübahisəsi
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirirdiyi brifinq zamanı ilə bir jurnalist ilə aralarında sözlü mübahisə baş verib.
Yeniavaz.com xəbər verir ki, jurnalist hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müxtəlif tədbirlər zamanı fəaliyyətinə maneələr yaradıldığını iddia edərək sual ünvanlayıb.
Buna cavab olaraq Paşinyan sərt reaksiya verib. O, jurnalisti tez-tez təhlükəsizlik əməkdaşlarının işinə mane olmaqda ittiham edərək bildirib ki, “siz daim onların ayağına dolaşırsınız, hətta onlar sizə toxunmadıqları üçün minnətdar olmalısınız”.
Baş nazir yüksək tonla çıxışını davam etdirərək jurnalistə “sualınızı verdiniz, susun, əks halda buradan çıxarılacaqsınız” deyə xəbərdarlıq edib. O, həmçinin jurnalistin qəsdən yerə uzandığını və bununla hüquq-mühafizə əməkdaşlarını təxribata çəkməyə çalışdığını iddia edib.
Jurnalist isə cavabında Paşinyanın özünün də vaxtilə etiraz aksiyaları zamanı oxşar davranış sərgilədiyini, o cümlədən nəqliyyat vasitələrinin qarşısına uzandığını xatırladıb. Baş nazir buna cavab olaraq bildirib ki, jurnalist də belə addım atmaq istəyirsə, bunu əvvəlcədən elan etməlidir.
Bu mövzuda digər xəbərlər:Bu sənədiniz olmasa,işdən çıxarılacaqsınız DİQQƏT!
18 Mart 2026 10:35
“Susun və küncdə dayanın” Kelloqdan Trampla bağlı ÇAĞIRIŞ KONKRET
20 Avqust 2025 18:11
Real ın əfsanəsi Arda Gülər barədə: Susun, layiq deyilsiniz!
24 Yanvar 2026 17:01
10 min manatlıq həcc ortalığı qarışdırdı: ya susun, ya da... QMİ
22 Oktyabr 2025 19:19
Paşinyanın Strasburq çıxışında sülh gündəliyi və kilsə mübahisəsi
12 Mart 2026 10:20
Baxış sayı:138
Bu xəbər 02 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















